Accessibility links

Miqrasiya Xidməti 89 əcnəbini saxlayıb [Video]


Azərbaycanın Dövlət Miqrasiya Xidməti növbəti yoxlamalar zamanı 89 əcnəbini saxlayıb.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, saxlanılanlardan 83-ü ölkə ərazisində qanunsuz yaşayıb, digərləri isə qeydiyyat ünvanında yaşamayıb.

62 miqrant barəsində inzibati protokollar tərtib olunub, digərləri deportasiya olunub.

Dövlət Miqrasiya Xidmətinin məlumatına əlavə olunmuş fotoşəkil və videodan görünür ki, saxlanılanlar əsasən ərəb ölkələri, habelə Hindistan, Pakistan və ya Banqladeş vətəndaşlarıdır.

XS
SM
MD
LG