Accessibility links

İnsan qaçaqmalçılığı ilə mübarizə səyləri gücləndirilir [Video]


İnsan qaçaqmalçılığı ilə mübarizə səyləri gücləndirilir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Aralıq dənizində miqrantlar arasında ölüm hallarının artması ilə Avropa ölkələri insan qaçaqmalçılarını hədəf alıb. Eksperlərin fikrincə, bu əməliyyat insan qaçaqmalçılığına nəzarət edən mütəşəkkil cinayətkarlığa görə asan olmayacaq.

Afrika və Yaxın Şərq ölkələrindən onlarla miqrant təhlükəli qayıqlarla daşındıqdan sonra Şimali Afrika sahillərində daha iri yük gəmiləri ilə Avropaya daşınır.

Son illər suda boğulan, susuzluq və aclıqdan ölən miqrantların sayı kəskin şəkildə artıb. Qayıq yolçuluğu insan qaçaqmalçılığının ilkin mərhələsi hesab edilir.

İtaliyanın Trento Universitetinin kriminologiya üzrə professoru Andrea Di Nikola qaçaqmalçılıq şəbəkəsi ilə əlaqəsi olanlarla müsahibələr keçirib.

“Bu, amansız bir səyahət agentliyinə bənzəyir. Onlar şəbəkə çərçivəsində fəaliyyət göstərir. Liviyadan yolları bağlansa, onlar Tunis, Əlcəzair və Türkiyə vasitəsi ilə insan qaçaqmalçılığına yol tapacaqlar. Onlar daim dəyişməkdədir.”

Avropa insan qaçmaqçıları ilə mübarizəyə başlayıb. Rikkardo Faviani kimi ekspertlər bunun çətin, lakin imkansız olmadığını düşünür.

“Deyək ki, dronlardan istifadə oluna bilər. Digər tərəfdən İtaliya və başqa Avropa ölkələrinin Liviyada etimad ediləcək kəşfiyyat şəbəkələri var.”

Di Nikola deyir ki, qaçaqmalçılar beynəlxalq cinayət şəbəkələri çərçivəsində fəaliyyət göstərir.

“BMT onların 10 milyondan artıq olduğunu təxmin edir. Bir pakistanlı şəxs 700 miqrantı hər birindən 7 min avro almaqla İtaliyaya gətirib.”

Milan stansiyasında Suriyadan dayısını gözləyən Məhəmməd adlı bir şəxs onun yerinin müəyyən edilməsində çətinlik çəkdiyini deyir.

“Dəməşqdəki Yarmık qaçqın düşərgəsindən yola düşməli idi. Orada vəziyyətin nə qədər ağır olduğunu bildirsiniz. Biz onun artıq Avropa çatdığını eşitmişik.”

Avropa ölkələri ölçülər götürməyə hazırlaşsa da, miqrantlar arasında tələfat dayanmadan artıq. Hazırda müharibələrdən qaçanlar üçün daha təhlükəsiz kanalların açılması barədə debatlar gedir.

XS
SM
MD
LG