Accessibility links

Minsk Qrupunun həmsədr dövlətlərinin səfirlikləri qarşısında piket keçiriləcək


29 sentyabrda Qarabağ Azadlıq Təşkilatının Bakıda keçirdiyi mitinq
29 sentyabrda Qarabağ Azadlıq Təşkilatının Bakıda keçirdiyi mitinq

Qarabağ Komitəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinin qarşısında piket keçirəcək. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bu haqda komitənin məlumatında deyilir.

Piketlər noyabrın 8-nə planlaşdırılıb. Aksiyalar saat 11:00-da Fransa səfriliyinin, saat 12:00-da ABŞ səfirliyinin, saat 13:00-da isə Rusiya səfirliklərinin qarşısına keçiriləcək.

Aksiyaların keçirilməsində məqsəd Minsk Qrupu həmsədrlərini Dağliq Qarabağ probleminin tənzimlənməsində daha aktiv fəaliyyətə çağırmaqdır.

Bundan öncə Qarabağ Komitəsi sentyabrın 29-da "Qarabağa azadlıq!" şüarı ilə mitinq keçirib və hakimiyyətdən Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qətiyyətli addımlar atmağı tələb edib.

Növbəti mitinq noyabrın 24-nə təyin edilib.

Qarabağ Komitəsi bu ilin yayında təsis edilib. Məqsəd kütləvi aksiyaların, elmi konfransların, sərgilərin keçirilməsilə ictimaiyyətin diqqətini daim Qarabağ münaqişəsi üzərində saxlamaqdır.

Komitəyə 17 ictimai birlik və hərəkat, o cümlədən Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Hərəkat, Vətəndaş Həmrəyliyi, İslam, Ağ, Milli Demokrat partiyaları, Qarabağ Qaziləri Təşkilatı və fərdi qaydada 13 Qarabağ müharibəsi iştirakçısı daxildir.

XS
SM
MD
LG