Accessibility links

Minnesota ştatındakı İslam Mərkəzi dinlərarası Ramazan yeməyi təşkil edir


Minnesota ştatındakı İslam mərkəzi dinlərarası Ramazan yeməyi təşkil edir
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Minnesota ştatındakı İslam Mərkəzi müqəddəs ayı qeyd etmək və müxtəlif dinlərə mənsub insanlar arasında körpü yaratmaq üçün dinlərarası Ramazan yeməyi təşkil edib.

Müxtəlif dinlərə mənsub ziyarətçi Minneapolisdəki bu məscidə iftar yeməyinə gələnlərə qoşulur. Əbubəkir Əs-Sədiq İslam Mərkəzinin imamı Mövlid Əli bunu açıq qapılar günü adlandırır. "Açıq qapılar əsasən, qeyri-müsəlmanlar üçün iftar deməkdir. Ramazan ayındayıq. Bu, hidayət ayıdır. Bu, səxavət ayıdır".

İmamın dediyinə görə, bu tədbir insanlara İslamı öyrənmək imkanı vermək səylərinin bir hissəsidir. "Biz insanların mediada eşitdiyi bəzi yanlış təsəvvürlərdən danışırıq və bu yanlış təsəvvürləri dağıtmağa və həmin insanların diqqətini İslamın gözəlliyinə yönəltməyə çalışırıq" - deyə, Mövlid Əli bildirir.

Ziyarətçilər arasında Minneapolisdən təxminən iki saat yarımlıq məsafədə yerləşən Minnesota ştatının Redvudd Falls şəhərindən olan orta məktəb direktoru Rik Yorgenson da var. Oğlunu tədbirə gətirən Yorgenson onun başqa dinləri öyrənməyə böyük marağı olduğunu deyir. "Xüsusi təcrübələr, inanclar, iftarla bağlı çoxlu suallarım var idi. Bunları görmək, əvvəllər bilmədiyim boşluqları doldurmaq çox maraqlı idi. Məncə, oğlumun məktəbdən nəyisə xatırlayanda gözlərinin işıqlandığını görmək çox gözəldir və bunun onun üçün bir mənası var".

Minnesota Mətbəx Koalisiyasının idarəedici direktoru Robin Manti deyir ki, o, məscidin açıq qapılarına görə minnətdardır və hesab edir ki, yeməyi bölüşmək ümumi dil tapmaq və müxtəlif dinlərə mənsub insanlar arasında əlaqələr qurmaq üçün ən yaxşı yoldur. "Fikrimcə, birlikdə nə qədər çox oturub yemək yesək, biz bir-birimiz haqqında bir o qədər çox bilərik. Yemək bölüşməyin böyük əhəmiyyəti var. Biz özümüzü bir-birimizə daha yaxın hiss edirik. Minneapolisdə müsəlman çoxdur və onlar bizim qonşularımızdır".

Ramazan bayramı bütün dünya müsəlmanlarının əsas bayramlarından biri olan Eyd Əl-Fitrlə başa çatır.

XS
SM
MD
LG