Accessibility links

Minlərlə yəmənli müxalifət fəalı paytaxt Sənada nümayişlərə davam edirlər


Minlərlə yəmənli müxalifət fəalı paytaxt Sənada nümayişlərə davam edirlər
Minlərlə yəmənli müxalifət fəalı paytaxt Sənada nümayişlərə davam edirlər

Yəmən polisi hökumət tərəfdarlarına qoşularaq hökumət əleyhdarlarının qarşısını almağa çalışıblar

Minlərlə müxalifət fəalı Yəmən paytaxtı Sənada beşinci gündür ki, nümayişlərə çıxaraq siyasi islahatlar və uzun müddət prezident olmuş Əli Abdulla Salehin istefasını tələb edirlər.

Əksəriyyətini tələbələr təşkil edən 3000 nümayişçi bu gün Səna Universitetindən Salehin prezident sarayına doğru yürüş ediblər. Bəziləri dəyənəklərlə silahlanmış yüzlərlə hökumət tərəfdarları Salehin əleyhdarları ilə toqquşaraq küçə davasına başlayıblar. Hər iki tərəf bir-birini daşlayıblar.

Yəmən polisi hökumət tərəfdarlarına qoşularaq hökumət əleyhdarlarının qarşısını almağa çalışıblar. Müxalifətçi qanunverici Əhməd Haşid bildirib ki, Salehin tərəfdarları insident zamanı ona hücum ediblər.

XS
SM
MD
LG