Accessibility links

Honq Konqda minlərlə insan küçədə fəalların həbsinə etiraz edib


2014 Çətir Hərəkatına rəhbərlik edən üç demokrat fəala qarşı çıxarılan məhkəmə qərarına etiraz edən on minlərlə insan bazar günü Honq Konq küçələrində aksiya keçiriblər.

Cümə günü keçirilən məhkəmədə Çətir Hərəkatında fəaliyyət göstərərək nümayişlərin təşkili etdiklərinə görə Caşua Vonq (20), Neytin Lo (24), Aleks Çou (27) barədə 6 aydan 8 aya qədər həbs qətimkan tədbiri seçilib.

Van Çai rayon məhkəməsinin verdiyi son qərara etiraz olaraq keçirilən nümayişlərə hüquq müdafiə qrupları və aktivistlər də qoşulub.

Təşkilatçılar yürüşdə nə qədər insanın iştirak etdiyini bildirməsə də, polisin sözlərinə görə, bu say 22 mindən çox olub. Rəsmilər bildirib ki, bu etiraz aksiyası son illərdə Honq Konqda keçirilən ən böyük aksiyalardandır.

2014-cü ildə baş vermiş və Çətir Hərəkatı olaraq tanınan nümayişdə on minlərlə tələbə demokratiya tələbi ilə Honq-Konq küçələrinə çıxmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG