Accessibility links

Minimum pensiyalar 200 manat olacaq


Pensiya
Pensiya

İyulun 9-da Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edib.

Qanuna dəyişikliyə әsasәn, əmək pensiyasının minimum məbləği 2019-cu ilin oktyabrından 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödəniləcək

2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların pensiyası indeksasiya nəticəsində əlavə 15 faiz artacaq.
Sahil Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim edim.

Hazırda əmək pensiyasının minimum məbləği 160 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, həmçinin 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq.

“Belə ki, orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnoz bu il üçün 15 faizdir. Buna uyğun olaraq, 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların pensiyası indeksasiya nəticəsində əlavə 15 faiz artacaq. Beləliklə, hazırda 160 manat alan pensiyaçı oktyabrdan 200 manat, yanvardan isə 230 manat pensiya alacaq,” nazir iyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında qeyd edib.

XS
SM
MD
LG