Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin əvvəlində aktiv hərbi əməliyatların olduğu Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında mina və partlamamış sursat axtarışını davam etdirib.
ANAMA-nın məlumatına görə,aprelin 19-da agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi və 33 750 kv.m ərazini yoxlanılıb.
Ümumilikdə, agentlik aprelin 7-dən 19-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığına, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.