Accessibility links

Milyarder Fərhad Əhmədov keçmiş həyat yoldaşına 200 milyon dollar ödəyəcək


Fərhad Əhmədov
Fərhad Əhmədov

Əslən Azərbaycandan olan rusiyalı iş adamı, milyarder Fərhad Əhmədov boşanma sonrası əmlak bölgüsü müqaviləsi çərçivəsində keçmiş həyat yoldaşına təxminən 207 milyon dollar ödəməyi qəbul edib.

Bu, sərvətinin təxminən 15 faizi və İngiltərədəki məhkəmə tərəfindən 2017-ci ildə həyat yoldaşına verilən məbləğin yalnız üçdə biridir.

Bir neçə ildir keçmiş həyat yoldaşı Fərhad Əhmədovu məhkəməyə verib, Forbes jurnalinın 1,4 milyard dollar dəyərləndirdiyi əmlakının üçdən birini istəyirdi.

2016-cı ildə bir London məhkəməsi, milyarderin 453 milyon funt sterlinq (570 milyon dollar) ödəməsi ilə bağlı qərar çıxarıb. Financial Times qəzetinin qiymətləndirməsinə görə, bu boşanma zamanı verilən ən böyük məbləğlərdən biridir.

Əhmədov məhkəmənin qərarını yerinə yetirməkdən imtina edib. RBK-yə verdiyi müsahibədə milyarder məhkəmə qərarının onun üçün "tualet kağızından baha olmadığını" söyləyib. Bundan sonra məhkəmə onun dünyadakı varidatına həbs qoyulmasını ilə bağlı qərar çıxarıb.

Bundan sonra, onun Dubay limanındakı 450 milyonluq "Luna" superyaxtasına həbs qoyulub.

Forbes jurnalinın məlumatına görə, Əhmədov bu məsələdə barışığa gəlsə də yaxta hüququnun bərpa olunması ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Məhkəmədə udulan vəsaitin təxminən yarısı, 103 milyon dollar, onun keçmiş həyat yoldaşının vəkilinə çatıb.

XS
SM
MD
LG