Accessibility links

Milli Etimad hökumətinin islahatlar paketinin əsas istiqamətləri müzakirə edildi


Milli Şuranın İcra Aparatı və komissiyalarının iclası
Milli Şuranın İcra Aparatı və komissiyalarının iclası

Milli Şuranın İcra Aparatı və komissiya sədrlərinin və Milli Şuranın İcra Aparatının, MŞ-nin vahid namizədinin Seçki Qərargahının Planlaşdırma və Təşkilat Şöbələri ilə Milli Şuranın Mitinq Komitəsinin birgə iclası keçirilib.

İyulun 26-da Rüstəm İbrahimbəyovun evində Milli Şuranın İcra Aparatının və komissiya sədrlərinin birgə iclası keçirilib. Bununla yanaşı, Milli Şuranın İcra Aparatının, MŞ-nin vahid namizədinin Seçki Qərargahının Planlaşdırma və Təşkilat Şöbələri ilə Milli Şuranın Mitinq Komitəsinin birgə növbəti iclası da keçirilib.

İclasda komissiyaların strukturunun müəyyənləşdirilməsi, gələcək fəaliyyətinin qurulması istiqamətində müzakirələr aparılıb. Komissiyaların fəaliyyətinin daha effektiv təşkil edilməsi üçün komissiya sədrləri müəyyən təkliflər ediblər.

Komissiyaların əsasnamələrinin, iş planlarının, seçki kampaniyası və keçid dövrünü əhatə edən Milli Etimad hökumətinin həyata keçirəcəyi islahatlar paketinin əsas istiqamətləri ətraflı müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Komissiyalar tərəfindən Milli Şuranın növbəti sessiyasına təklifləri razılaşdırılıb.

İcra Aparatının Mətbuat Xidmətinin məlumatına görə, iclasda Milli Şuranın İcra Aparatının və vahid namizədin Seçki Qərargahının rəhbəri Eldar Namazov, İqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu, Sosial siyasət komissiyasının sədri Eldar Əliyev, İctimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyev, Hüquq komissiyasının sədri Vidadi Mirkamal, Beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli, Etika komissiyasının sədri Nurəddin Mustafayev və Qarabağ komissiyasının sədri Cəmil Həsənli iştirak edib.

İyulun 26-da həmçinin Milli Şuranın İcra Aparatının, MŞ-nin vahid namizədinin Seçki Qərargahının Planlaşdırma və Təşkilat Şöbələri ilə Milli Şuranın Mitinq Komitəsinin birgə növbəti iclası keçirilib.

Icra Aparatının mətbuat xidmətinin məlumatına görə, iclasda MŞ-nin ölkənin regionları üzrə Seçki Qərargahının koordinatorlarının siyahısı təşkilata daxil olan siyasi partiyaların təqdimatı əsasında müəyyən edilib. Koordinatorların üzərinə düşən vəzifələr, onların fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılaraq, müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin MŞ-nin vahid namizədinin irəli sürülməsi üçün təşəbbüs qrupunun yaradılması və yerlərdə seçici təşəbbüs qruplarının təşkili ilə bağlı yekun qərarlar qəbul olunub. Seçici təşəbbüs qrupunun üzvlərinin hüquqi istiqamətdə maarifləndirilməsi üçün qanunvericiliyə uyğun olaraq təlimatlar hazırlanıb. Eyni zamanda imza toplayacaq qruplar yaradıldıqdan sonra onların işinin effektli təşkili üçün xüsusi treninqlərin keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə atılacaq addımlarla bağlı Milli Şuranın növbəti sessiyasına konkret təkliflər hazırlanıb.

Sessiyaya təsdiq üçün təqdim olunacaq daha bir məsələ isə Milli Şuranın Mitinq Komitəsinin tərkibiylə bağlı olacaq.
XS
SM
MD
LG