Accessibility links

Milli Şura və Müdafiə Xətti təşkilatı işgəncələrə son qoyulmasını tələb edir


Milli Şuranın mitinqində qaldırılmış şüar
Milli Şuranın mitinqində qaldırılmış şüar

Demokratik Qüvvələrin Milli Şurası və Müdafiə Xətti təşkilatı Azərbaycanda işgəncələrlə bağlı bəyanatla çıxış edib.

Hər iki bəyanat Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsxanada koronavirusa yoluxmuş fəalının bu günlərdə sosial şəbəkələrdə məktubunun yayılmasından sonra imzalanıb.

Aqil Məhərrəmli məruz qaldığı davranışları təsvir edərkən bildirib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində COVID-19 infeksiyasına yoluxduqdan sonra Penitensiar Xidmətin 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Müalicə Müəssisəsinə ("Tubzon") köçürülüb.

Günlərlə cəza palatasına (karser) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşət idi.
Aqil Məhərrəmlinin məktubundan sitat

"Tam olaraq 41 gün 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Mualicə Müəssiəsində qalmışam. Hamını bir yerə yığıb ağzımızı bağladılar, biz də aspirin, parasetamolla bu xəstəliyə "qalib" gəldik. Bütün bunlar bir yana, hələ günlərlə cəza palatasına (karser) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşət idi. Adi sabun nədir ki, onu israrla alırdıq. Bir dəfə özümü pis hiss etdim və həkim tələb etdim. Cavab bu oldu ki, bura "Tubzon"un karsıdır. Burada istəklər reallaşmır. Koronavirus xəstələri olaraq aramızda işgəncə verilənlər də var idi. Bütün günü hökumətə tərif deyən Niyaməddin Orduxanlının doğma qardaşı oğlu Novruz Orduxanlıya işgəncə verirdilər. İnanın ki, əsirlikdə olanlarla belə davranmırlar. Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırlar. Tualet istəyənə isə "canın çıxsın" cavabı verilir. Bir şey ki, telefon danışığı 5 manata satılırdı," sosial şəbəkələrdə yayılan Məhərrəmlinin yazdığı iddia edilən məktubda qeyd edilir.

Müdafiə Xətti təşkilatı
Müdafiə Xətti təşkilatı

“Azərbaycan hakimiyyəti saxlanılan və həbs edilən şəxslərə qarşı fiziki zorakılıq və işgəncəni, təəssüf ki, adi hala çevirib. Siyasi məhbus olan AXCP fəalları Aqil Məhərrəmli və Zamin Salayevin başına gələnlərlə bağlı bu günlərdə ictimailəşən məlumatlar bu problemi yenidən aktuallaşdırır,” Milli Şuranın bəyanatında qeyd edilir.

Sənəddə deyilir ki, son hadisələr ölkədə işgəncənin dövlət siyasətinə çevrildiyini və bu siyasətin getdikcə daha dərinləşdiyini göstərir.

“Əslində, Azərbaycan xalqı da, dünya da bu siyasətin aydın təzahürünü ötən ilin 19 oktyabr mitinqində Milli Şura Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, İbrahim İbrahimli, Tofiq Yaqublu kimi ölkənin ən populyar siyasətçiləri və çox sayda başqa ictimai-siyasi fəallara ağır işgəncələr verilərkən görmüşdü. Baş verənlər diqtə edir ki, nə demokratik dünya, nə də Azərbaycan ictimaiyyəti Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına görə arxayınlaşmamalıdır. Ölkədə uzun müddətli və inzibati siyasi həbslər, işgəncələr, COVID-19-dan sui-istifadə hələ də aktual olaraq qalır.

Avropa İşgəncə Komitəsi, BMT-nin müvafiq orqanları, Avropa Şurası, Avropa Birliyi, ABŞ, bütövlükdə sivil dünya Azərbaycan hakmiiyyətindən dövlət siyasətinə çevrilmiş işgəncəni durdurmağı tələb etməlidir. Azərbaycan xalqı da bu siyasətə qarşı daha ucadan, daha mütəşəkkil və qətiyyətlə etiraz etməlidir.
Milli Şuranın bəyanatından sitat

Avropa İşgəncə Komitəsi, BMT-nin müvafiq orqanları, Avropa Şurası, Avropa Birliyi, ABŞ, bütövlükdə sivil dünya Azərbaycan hakmiiyyətindən dövlət siyasətinə çevrilmiş işgəncəni durdurmağı tələb etməlidir. Azərbaycan xalqı da bu siyasətə qarşı daha ucadan, daha mütəşəkkil və qətiyyətlə etiraz etməli, ölkədə dövlət səviyyəsində işgəncənin kökünü kəsmək üçün yekdil iradə ortaya qoymalıdır,” Milli Şura qeyd edir.

Müdafiə Xətti təşşkilatı isə Aqil Məhərrəmlinin saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (İMM) qeyri insani rəftara məruz qoyulmasını qətiyyətlə pisləyir, hökumət rəsmilərini bu halları araşdırmağa, təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.

Penitensiar Xidmətdən Amerikanın Səsinə bildirblər ki, məktubda yazılanlar həqiqətə uyğun deyil.

“3 saylı İxtisaslaşmış Mualicə Müəsisəsində insanları müalicə edirlər. Orada müalicə olunan şəxslərə qarşı hər hansı işgəncə və qeyri-insani rəftardan söhbət belə gedə bilməz,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.

XS
SM
MD
LG