Accessibility links

Milli Təhlükəsizlik müşaviri Sallivan: ABŞ Cənubi Qafqazda sülh, təhlükəsizlik və tərəqqiyə sadiq qalır


ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ayrı-ayırlıqda telefon söhbəti keçirib. Bu haqda Ağ Evin açıqladığı bəyanatda bildirilir.

Bəyanatda telefon söhbəti zamanı Ceyk Sallivanın Birləşmiş Ştatların Cənubi Qafqazda sülh, təhlükəsizlik və tərəqqiyə sadiqliyini ifadə etdiyi qeyd edilir.

Milli Təhlükəsizlik müşavirinin Ermənistan və Azərbaycan arasında son vaxtlar yaranmış gərginliklə bağlı narahatlığını ifadə etdiyi və hərbçilərin müəyyən olunmamış sərhədlər yaxınlığında hərəkətinin məsuliyyətsiz və təxribat xarakterli olduğunu vurğuladığı bildirilir.

“O, iki tərəf arasında davam etdirilən təmasları və hər iki liderin məsələnin sülh yolu ilə həllinə sadiqliyini alqışlayıb. Bununla yanaşı, o, iki ölkənin beynəlxalq sərhədlərinin demarkasiyası ilə bağlı rəsmi danışıqların aparılmasının vacibliyini vurğulayıb”, Ağ Evin açıqladığı bəyanatda deyilir.

Bəyanatda həmçinin ABŞ-ın Milli Təhlükəsizlik müşavirinin Birləşmiş Ştatların ikitərəfli qarşılıqlı əlaqələr və Minsk Qrupunun həmsədri kimi regional barışığa nail olunması ilə bağlı sadiqliyini çatdırdığı qeyd edilir.

XS
SM
MD
LG