Accessibility links

Milli Məclisin sədri: Mayın 13-də Azərbaycan və Avropa İttifaqı arasında sazişin imzalanması nəzərdə tutulub


Oqtay Əsədov
Oqtay Əsədov

“Avropa İttifaqı ilə saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.

Bu barədə Azərbaycan Milli Məclsinin sədri Oqtay Əsədov parlamentin aprelin 23-də keçirilən plenar iclasında bildirib.

Milli Məclis
Milli Məclis

Report agentliyinin məlumatına görə, iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışır.

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür,” o qeyd edib.

Azərbaycan müxalifəti də Avropa İttifaqı ilə sazişin imzalanmasının tərəfdarıdır.

Sazişin imzalanması ilə bağlı konkret müddət demək çətindir. Hazırda intensiv danışıqlar davam etdirilir. Konkret olaraq hazırda ticarət haqqında danışıqlar gedir.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşından sitat

Siyasi müxalifət qurumlarının imzalanması gözlənilən saziş layihəsi ilə bağlı bu il aprelin 18-də keçirdiyi dinləmələrdə ümumi fikir belə olub:

Avropa İttifaqı ilə saziş imzalananadək Azərbaycanda siyasi məhbuslar olmamalı, insan hüquq və azadlıqları, o cümlədən mətbuat, toplaşmaq azadlığı təmin edilməli, vətəndaş cəmiyyəti institutu bərpa edilməli, azad məhkəmələr yaradılmalıdır. Sazişdə Azərbaycanın ərazi bütövlüyü məsələsi Ukrayna, Gürcüstan, Moldova ilə sazişdə olduğu kimi əksini tapmalıdır.

Siyasi müxalifət mövqeyinin Avropa Parlamentinin bu ilin yanvarında Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə üst-üstə düşdüyünü bəyan edib.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən Turan agentliyinə bildiriblər ki, sazişin imzalanması ilə bağlı konkret müddət demək çətindir.

“Hazırda intensiv danışıqlar davam etdirilir. Konkret olaraq hazırda ticarət haqqında danışıqlar gedir,” Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşı qeyd edib.

Milli Məclis sədrinin dediklərinə Azərbaycan Xarici İşlər Naziriliyi də münasibət bildirib. Nazirliyin mətbuat xidməti sazişin aprelin 13-də imzalanmasının nəzərdə tutulmadığını bəyan edib.

"Çünki ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir," Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş layihəsinin adı və məzmunu hələ açıqlnamayıb. Bir neçə ay öncə Azərbaycan rəsmiləri sazişin strateji tərəfdaşlığı özündə ehtiva etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG