Fevralın 23-də Azərbaycan Milli Məclisi “Valyuta tənzimlənməsi haqqında” qanuna xaricə valyuta köçürülməsi zamanı 20% rüsum tutulmasını nəzərdə tutan düzəlişin məqsədəuyğun olmadığını təsdiq edib.
2015-ci il dekabrın 21-də manatın devalvasiyasından sonra valyuta ajiotajı fonunda hökumət 50 min dollardan çox məbləğin xaricə köçürülməsi zamanı 20% rüsum tətbiq edib. Bu düzəlişlər yanvarın 19-da qəbul edilib. Lakin fevralın 3-də müvafiq düzəlişlər dövlət başçısı tərəfindən yenidən Milli Məclisə qaytarılıb.