Accessibility links

Milli Məclisin deputatı mandatından imtina edib


Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov

Milli Məclisin deputatı Rəfael Cəbrayılov deputat mandatından imtina edib.

Bu sosial şəbəkələrdə deputatın 300 min dollar borc müqabilində deputat vəsiqəsini girov qoyması barədə səs yazısı yayıldıqdan sonra baş verib. Səs yazısı geniş tənqidlərə yol açıb.

Deputatın müraciətini, bu gün, sentyabrın 30-da Milli Məclisin plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub.

Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib.

Əli Hüseynli bildirib ki, protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndəriləcək. “Seçki Məcəlləsi”nə uyğun olaraq Mərkəzi Seçki Komissiyası deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir.

Rəfael Cəbrayılov 46 saylı Şirvan seçki dairəsindən deputat seçilib. Bitətəfdir. O son iki çağırış Milli Məclisin deputatı olub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü idi.

Bu indiyədək Milli Məclisin deputatı mandatından imtina edən ikinci deputatdır. Bundan öncə, 2012-ci ilin sentyabrında Gülər Əhmədova deputat mandatından imtina edib. Əhmədova mandatından imtina etdikdən sonra dələduzluq ittihamı ilə həbs edilib.

XS
SM
MD
LG