Accessibility links

Milli hökümətin ildönümündə həbs edilən fəallar müvəqqəti buraxılıb


Milli fəallar
Milli fəallar
Azərbaycan Milli Hökümətinin ildönümündə həbs edilən güneyli fəallar 10 milyon tümən zəmanət qrşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Amerikanın Səsi Azərbaycan veb səhifələrinə istinadən bildirir ki, bu Qərbi Azərbaycanın Qoşaçay şəhərində Azərbaycan Demokrat Firqəsinin liderlərindən olmuş Xanəli Mütiyinin məzarı üzərində toplanaraq 1945-46 illərdə qurulan Milli Hökümətin ildönümünü qeyd edən zaman nəzarət altına alınmışdılar.
Oyan News saytının yazdığına görə, dekabrın 12-də Qoşaçayın Qıcılı kəndində keçirilən mərasimdə nəzarət altına alınmış güneylilərin bir neçəsi həmin gün sərbəst buraxılsa da, ancaq fəallar Həbib Mənafi Azər, Cavad Sudbər, Daryuş Əndəlibiyan, Yusuf Muxtari və Muxtar İbrahimi dörd gün saxlanıldıqdan sonra dekabrın 16-da azad edilib.
Yayılan məlumata əsasən İranın təhlükəsizlik qüvvələri Azərbaycan Milli Höküməti ilə bağlı keçirilən tədbirə qatılanları dağıtmaq üçün bibər qazından istifadə edib.
Zəmanətlə müvəqqəti azadlığa buraxılan fəallar mühakimə edildikdən sonra həbsə məhkum edilsələr təkrar zindana göndəriləcəklər.
1945-ci ilin dekabrında Seyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulan Azərbaycan Milli Höküməti 1946-cı il dekabrında İran ordusunun Azərbaycan şəhərlərinə hücumu ilə devrilmişdi.
“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi alırdılar... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalimcə bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı,” deyə o illərdə Azərbaycana səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas Qəribə torpaqlar və mehriban xalq adlı kitabında İran ordusunun Azərbaycan şəhərlərinə hücumunu təsvir edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG