Accessibility links

Milli fəal Rəhim Qulami həbs cəzasına məhkum edilib


Rəhim Qulami
Rəhim Qulami

Ərdəbilli şair və yazar Rəhim Qulami həmin şəhərin İnqilab Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRANA xəbər agentliyinin yayımladığı məlumata əsasən, bazar günü milli fəal Rəhim Qulami məhkəmənin bir illik həbs hökmü haqqında məlumatlandırılıb.

4 martda saxlanılan Qulamiyə qarşı “rejim əleyhinə təbliğat” və “dini lideri təhqir etmək” ittihamları irəli sürülmüşdü.

Qulaminin ittihamları üzrə məhkəmə iclası iyunun 3-də Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin çıxardığı hökmə əsasən, Rəhim Qulami "dini lideri təhqir etmək" ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

Qulami "GAMAC təşkilatına üzvlük" və "sistemə qarşı təbliğat" ittihamlarından bəraət alıb.

Milli fəal məhkəmədə özünü müdafiə edərək, təşkilatda üzv olmaq ittihamını əsassız adlandırıb və baş verənlərin "Ərdəbil ETTELAAT idarəsinin ssenarisi" olduğunu qeyd edib.

Rəhim Qulami 4 martda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Ərdəbil İnqilab Məhkəmələrinin prokuroru hakim Nonahal 14 martda ona qarşı “rejim əleyhinə təbliğat” və “dini lideri təhqir etmək” ittihamları irəli sürmüşdü. O, 28 apreldə pul məbləği ödəmək müqabilində zaminə buraxılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG