Accessibility links

Milli Bankın sədri Vaşinqtonda Azərbaycanın iqtisadi vəziyyətindən danışdı


Milli Bankın sədri Vaşinqtonda Azərbaycanın iqtisadi vəziyyətindən danışdı
Milli Bankın sədri Vaşinqtonda Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

Corctaun Universitetində "Azərbaycanın iqtisadi müasirləşməsi və böhrandan sonrakı dövr: Sınaqlar və Strategiyalar" mövzusunda panel keçirilib

ABŞ paytaxtı Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmov martın 16-da Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzində mühazirə deyib. "Azərbaycanın iqtisadi müasirləşməsi və böhrandan sonrakı dövr: Sınaqlar və Strategiyalar" mövzusunda çıxış edən cənab Rüstəmov nitqinə Azərbaycanın müstəqilliyininin ilk illərindəki iqtisadiyyatında yaşanan gərginlikdən bəhs edərək başladı. 1995-ci ildə Beynəlxalq Valyura Fondu ilə imzalanan sazişdən sonra ölkənin iqtisadi göstəricilərinin inkişaf tempinə qədəm qoyduğunu bildirən sədr Azərbaycanın neft strategiyasından da söhbət açdı. O, bu strategiyanın bir hissəsi olan 1994-cü ildə imzalanmış Bakı-Ceyhan sazişini xüsusi vurğuladı. 2004-2009-cu illər ərzində Azərbaycanın ən yüksək iqtisadi inkişaf dövrünü statistik göstəricilərlə auditoriyaya çatdıran Elman Rüstəmov ölkədə qeyri-neft sektorunun inkişafını da dilə gətirdi. Daha sonra o, qlobal maliyyə böhranın Azərbaycan iqtisadiyyatına təsirlərindən və böhrandan sonrakı dövrdən söhbət açdı. Ölkədə hazırda korrupsiyaya qarşı radikal addımların atıldığını bildərən Milli Bankın sədri Azərbaycanın vergi strategiyasına da nəzərə saldı. "Regiondakı hərbi münaqişə regional əməkdaşlığa ən böyük zərbədir"-deyə o bildirdi.

Mühazirəsini sonra çatdırandan sonra Elman Rüstəmov panel iştirakçılarının suallarını cavablandırdı.

XS
SM
MD
LG