Accessibility links

Milli Şura Bakının mərkəzində piket keçirdi


Milli Şura piket keçirib
Milli Şura piket keçirib

Piketdə toplaşmaq azadlığının təmin edilməsi tələb edilib

Milli Şura Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığı hüququnun bərpa edilməsi tələbi ilə piket keçirib.

Piketdə “Qanuna hörmət edin!” “Meydan xalqın haqqıdır!” və başqa şüarlar qaldırılıb.

Milli Şura piket keçirib
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Polis meriya və İqtisad Universitetinin arasında piket keçirilən yeri və ətraf ərazini nəzarətə götürüb. Piket keçirilən yerə yalnız 50 nəfər müxalifətçi buraxılıb.

Beləliklə, ətrafda qalan yüzlərlə etirazçı ilə polis qüvvələri arasında insident yaşanıb. Polis qüvvələri insanları ətraf küçələrə sıxışdırmağa cəhd edib və bu, narazılıqlarla müşaiyət olunub. Ondan çox etirazçı saxlanılıb. Bu zaman etiraz edənlər “Azadlıq” və “İstefa” şüarları səsləndirib.

Milli Şura piket keçirib
Milli Şura piket keçirib

Piket zamanı bir nəfər prezident İlham Əliyevi dəstəkləyən şüar qaldırıb və bu zaman etrazçı insanlar onun qaldırdığı şüarı çırıb.

Piketçilər Bakı şəhər İcra Hakimiyyətinin Milli Şuranın mitinqinə razılıq verməməsini konstitusiyanın pozulması kimi qiymətləndirib.
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Milli Şuranın insanların konstitusiya hüququnun bərpası uğrunda mübarizəsini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Milli Şura oktyabrın 19-da mitinq keçirmək üçün yenidən müraciət edəcək.

Milli Şura piket keçirib
Milli Şura piket keçirib

Keçmiş siyasi məhbus Seymur Həzi insanların toplaşmaq hüququnun bərpasına nail olunacağını bildirib. O hökuməti sərt tənqid atəşinə tutub.

Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, hökumət Müsavat Partiaysıanın qurultayının keçirilməsinə belə mane olur. Yaqublu hökuməti insanların konstitusiya hüqularını pozmamağa çağırıb.

Piketin qətnaməsini Milli Şuranın üzvü, Milli Məclisin keçmiş depuatatı İbrahim İbrahimli oxuyub.

Qətnamədə hökumət insanların toplaşmaq hüqüunu qeyd-şərtsiz təmin etməyə çağırılır.

Öz növbəsində Bakı şəhər Baş Polis İdarəsi piket iştirakçılarının qanunvericiliyin tələblərini pozduğunu bilsdirir.

Polisin məlumatında deyilir ki, tədbir iştirakçıları “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu kobud surətdə pozaraq oktyabrın 8-də tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər.

“Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib.

İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb.

Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək,” Bakı şəhər Baş Polis İdarəsi qeyd edir.

XS
SM
MD
LG