Accessibility links

Milli Şura müxalifət fəalına qarşı işgəncələri pisləyir


Zamin Salayev
Zamin Salayev

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin (Zamin) Salayevin polisdə işgəncəyə məruz qalması ilə bağlı bəyanatla çıxış edib.

Milli Şura bəyan edir ki, ölkədə rəsmi qurumların qanunları tapdaması, hüquq mühafizə orqanlarının repressiya və cəza alətinə çevrilməsi bilavasitə dövlət başçısı İlham Əliyevin özündən qaynaqlanır.

Milli Şura demokratik dünyanı və Azərbaycanla qarşılıqlı öhdəlikləri olan beynəlxalq təşkilatları İlham Əliyev hakimiyyətinin repressiya və işgəncə siyasətini durdurmaq üçün nəhayət təsirli tədbirlər görməyə, o cümlədən işgəncə və repressiyalarda iştirakı olan vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməyə səsləyir.


“Polis və başqa dövlət orqanları məhz İlham Əliyevin idarəçilik prinsiplərinə söykənərək, bəzi hallarda isə şəxsi göstərişi əsasında qanunsuzluqlara, anti-insani əməllərə və cinayətlərə yol verirlər.”

Milli Şura bildirir ki, Əlizamin Salayevin başına gətirilənlər vətəndaşa qarşı inzibati terrorun daha bir nümunəsi, növbəti dövlət cinayətidir.

“Milli Şura bu cinayəti törədənlərin dərhal cəzalandırılmasını tələb edir. Milli Şura ölkə ictimaiyyətini Əlizamin bəyin başına gətirilənlərə səssiz qalmamağa, kütləvi etiraz və tələblərlə hakimiyyəti işgəncə siyasətindən imtinaya məcbur etmək, konkret halda isə Əlizamin bəyə işgəncə verənlərin cəzalandırılmasına nail olmaq üçün səy göstərməyə çağırır. Milli Şura həmçinin demokratik dünyanı və Azərbaycanla qarşılıqlı öhdəlikləri olan beynəlxalq təşkilatları İlham Əliyev hakimiyyətinin repressiya və işgəncə siyasətini durdurmaq üçün nəhayət təsirli tədbirlər görməyə, o cümlədən işgəncə və repressiyalarda iştirakı olan vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməyə səsləyir.”

This image contains sensitive content which some people may find offensive or disturbing.
Əlzamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı məktubu
Əlzamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı məktubu
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
Əlzamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı məktubu

Sənəddə deyilir ki, AXCP Salyan rayon şöbəsinin fəalı Əlizamin (Zamin) Salayev Bakı şəhəri Səbail Rayon Polis İdarəsində və bu idarənin 8-ci Polis Bölməsində ağır işgəncələrə məruz qalıb. Salayev necə və hansı şəraitdə amansızlıqla döyüldüyünü artıq ictimailəşdirə bildiyi məktubunda təfərrüatı ilə yazıb.

“Məlum olur ki, yanvarın 13-də Bakının Səbail rayonu ərazisində dostları ilə birgə nahar edərkən saxlanılan və daha sonra Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilən Salayevi məhkəmədən 8-ci polis bölməsinə aparıb, orada vəhşicəsinə döyüblər. Bölmə rəisinin iştirakı ilə polislər onu şəxsiyyətini alçaldan hərəkətə məcbur etmək istəyiblər, istəkləri yerinə yetirilmədikdə isə Əlizamin bəyi qolları qandallı yerə yıxaraq təpikləyiblər. Daha sonra onu Səbail Rayon Polis İdarəsinə apararaq orada da daha amansız işgəncəyə məruz qoyublar. Onu əvvəlcə idarə rəisinin özü söyüb və döyüb, sonra da zirzəmiyə apararaq "sındırmağı" tapşırıb. Polis əməkdaşları Əlizamin bəyi idarənin zirzəmisində şəxsiyyəti alçaldan hərəkətə və dəhşətli işgəncələrə məruz qoyublar. İşgəncələrin nəticəsində Əlizamin bəy çoxsaylı xəsarətlər alıb, ən təhlükəlisi isə qarın boşluğunda yırtıq əmələ gəlib.

İşgəncələrdən Əlizamin bəyin vəziyyəti elə ağırlaşıb ki, polislər onu xəstəxanaya aparmalı olublar. Həkimlər onun qarın boşluğunda yırtıq əmələ gəldiyini və təcili cərrahi əməliyyata ehtiyac olduğunu bildiriblər. Lakin polislər onun əməliyyata alınmasına imkan verməyib, ilkin tibbi yardımla kifayətlənməyi tələb ediblər. Daha sonra Əlizamin bəyi elə ağır vəziyyətdə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə (Binəqədi təcridxanası) yerləşdiriblər.”

Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası

Milli Şura hesab edir ki, Əlizamin Salayev polisin qəzəbinə ictimai maraqları müdafiə etdiyi üçün gəlib.

“Belə ki, o, Salyan Rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi, kapitan Həmzə Əzizovun qanuna zidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb. Kapitan Əzizov özünü Daxili İşlər Naziri Vilayət Eyvazovun qohumu kimi qələmə verərək, onun əməllərini ifşa etməkdən çəkinməsə, Əlizamin bəyi qohumluq əlaqələrindən istifadə edərək cəzalandıracağı ilə hədələyib. 13 yanvar 2020-ci ildə Əlizamin Salayev kapitan Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakıya gəlib və burada artıq deyildiyi kimi, həbs olunub.”

Milli Şura bildirir ki, Əlizamin bəyə təcridxanaya yerləşdiriləndən sonra bir neçə gün ərzində ailə üzvlərilə görüş verilməyib.

“Güman ki, buna səbəb onun üzərində işgəncə izlərinin açıq görünməsi olub. Milli Şura təəssüflə bildirir ki, bu, polis orqanlarında insanlara işgəncə verilməsinə dair birinci hal deyil. Artıq Azərbaycan cəmiyyəti hər il bir neçə dəfə polis orqanlarında ağır işgəncələr, bəzən hətta işgəncədən ölüm halları barədə məlumatlar alır. Çox təəssüf ki, neçə illərdir davam edən bu vəziyyətin qarşılığında ölkə rəhbərliyi heç bir adekvat tədbir görməyib, əksinə polis orqanlarının xüsusən də siyasi müxalifətə qarşı cəza alətinə çevirib. İctimai-siyasi fəallara və hətta Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli kimi tanınmış siyasi liderlərə belə ağır işgəncələr verilməsi, ciddi bədən xəsarətləri yetirilməsi məhz bunun nəticəsidir,” sənəddə qeyd edilir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Zamin Salayevin döyülməsi barədə xəbəri təkzib edib.

Salayevin polislər tərəfindən döyülmə xəbəri uydurmadır. Bu, həqiqət olmayan xəbərləri o adamlar yayır ki, xalqı qorumaqla yox cinayətkarları müdafiə etməklə məşğuldur və bunu özlərinə peşə seçiblər.
Ehsan Zahidov, Daxili İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri

“Salayevin polislər tərəfindən döyülmə xəbəri uydurmadır. Bu, həqiqət olmayan xəbərləri o adamlar yayır ki, xalqı qorumaqla yox cinayətkarları müdafiə etməklə məşğuldur və bunu özlərinə peşə seçiblər. Onların dediklərin hamısı uydurmadır. Zamin Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətində ictimai asayışı pozmağa yönəlik hərəkətləri edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış matetiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub."

Ehsan Zahidov Zamin Salayevin saxlanılma şəraitinin yaxşı olduğunu deyib.

"Onun saxlandığı yer şəraitinə görə ən müasir tələblərə cavab verən saxlanma yeridir. Orada Salayev tək saxlanılmır, orada başqa həbs olunanlar var. Onların hamısına münasibət eynidir, lazımi qida, lazımi tibbi yardım təqdim olunur. Zaminə orada hər hansı təzyiq barədə xəbərlər həqiqətə uyğun deyil. Yəqin ki, özü həbsdən azad olunandan sonra əgər düz danışsa bunu təsdiqləyəcək".

DİN sözçüsü əlavə edib ki, Zamin Salayev barəsində açılacaq cinayət işi ilə bağlı qabaqcadan heç nə deyə bilmir.

"Gələcəkdə nə olacağını bilmirəm. Mən bu günün reallığından danışıram ki, onların dedikləri hamısı uydurmadır," o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev yanvarın 13-də 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP-nin məlumatına görə, Zamin Salayev AXCP-nin digər iki fəalı, Ceyhun Novruzov və Nicat Abdullazadə ilə Səbail rayon ərazisində yerləşən kafelərdən birində saxlanılıb.

Nicat Abdullazadə və Ceyhun Novruzovun hər biri 50 manat cərimələnib.

Zamin Salayev isə Səbail rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilinərək, 30 sutka inzibati qaydada həbsə məhkum edilib.

AXCP hesab edir ki, Salayevin saxlanılmasının səbəbi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG