Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçel Yaxın Şərqdə müzakirələrə başlayıb


Dövlət Departamentinin sözçüsü bildirib ki, Corc Mitçel və Benyamin Netanyahu arasında İsrail və fələstinlilər arasında vasitəli sülh danışıqlarının bərpa edilməsi məqsədilə silsilə görüşlərdən birincisi müsbət və məhsuldar keçib

Dövlət Departamentinin sözçüsü Filip Krouli bildirib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş müsbət və məhsuldar keçib. Onun sözlərinə görə, Mitçel və cənab Netanyahu İsrail və fələstinlilər arasında vasitəli sülh danışıqlarının bərpa edilməsi məqsədilə silsilə görüşlərdən birincisini keçiblər. Krouli həmçinin bildirib ki, Mitçel fələstinlilərin prezidenti Mahmud Abbasla cümə və şənbə günü görüşdən öncə cənab Netanyahu ilə bir daha görüşəcək.

Bu arada, İsrailin Baş nazirinin müavini İsrail və fələstinlilər arasında vasitəli danışıqlarla bağlı şübhələrini ifadə edib.

Jerusalem Post qəzeti Dan Meridora istinadən yazır ki, fələstinlilər ABŞ nümayəndəsini onların mövqeyini qəbul etməyə razı salmağa cəhd göstərərək, ciddi qərarlar vermədiyi üçün vasitəli danışıqların faydası olmayacaq. O deyib ki, tərəflər tez zamanda həm İsrail, həm də fələstinlilərin ciddi qərarlar verməyə məcbur olacaqları birbaşa danışıqlara keçməlidir.

XS
SM
MD
LG