Böyük Göllərlə əhatələnən ABŞ-ın Miçiqan ştatı özünə məxsus təbiəti ilə məşhurdur. Burada xüsusilə yay aylarında turistlərin ziyarət etdiyi çoxsaylı milli parklar və göl sahilləri mövcuddur. Bu yaxınlarda Miçiqan ştatının şimal hissəsində səfərdə olan əməkdaşımız Emil Quliyevin hazırladığı fotoreportajı təqdim edirik.
Miçiqan və Böyük Göllərdə təbiət mənzərələri

5
Turistləri Pictured Rocks - Şəkilli Qayalarla tanış edən gəminin kpitan otağından. Emil Quliyev - VOA

6
Pictured Rocks - Şəkilli Qayalar adını Miçiqan ştatının Munisinq şəhərinin şimal-şərqində qayaların təbii olaraq müxtəlif rəngləri almasından götürüb. Rəngli sahilin uzunluğu təxminən 24 kilometrdir. Emil Quliyev - VOA

7
Pictured Rocks - Şəkilli Qayalar Miçiqan ştatında turistlərin ən çox görmək istədiyi sahil parkıdır. Emil Quliyev - VOA

8
Gün batana yaxın Pictured Rocks - Şəkilli Qayaların rəngləri də dəyişir. Emil Quliyev - VOA