Miçiqan ştatındakı qum təpələri bir çox amerika və xarici turistlərin maraqlandığı səyahət yerlərindəndir. Bu qum təpələri böyüyür və yerini dəyişir. Bir müddət sonra isə ətrafdakı evləri və yaşılllıqları udub məhv edir.
Silver Lake Qum təpələri buz dövrünün təbii qalıqları Miçiqan gölünün sahilində yerləşir. Bu qum təpələri sudan külək vasitəsilə gətirilmiş qum və güclü küləklər vasitəsilə yaranıb.
Miçiqan gölü ölçüsü və biraz duzlu suyuna görə daxili dənizə bənzəyir. Hər il minlərlə turist buranın fərqli gözəlliyini görməyə gəlir. Lakin son illərdə qum təpələrinə olan maraq daha çox artıb.
"Onlar hər il dəyişirlər. Bir il bir qum təpəsi digərindən daha böyük olur, buna səbəb isə küləkdir”, turist Rebeka Qlen deyir.
"Qum təpələri hərəkət edirlər. Hiss olunmasa da bura çox küləklidir və bu küləklər qum təpələrini hərəkətə gətirir", turist Ceyms Beyker deyir.
Nəhəng hərəkətdə olan qum təpələri və güclü külək yerli əhali üçün təhlükəli ola və baha başa gələ bilər. Qum yerini dəyişib yeni qum təpələri əmələ gətirəndə yolundakı hər şeyi basdırır.
Adını açıqlamaq istəməyən ev sahibi bu qum təpələri səbəbilə evini itirənlərdən biridir.
"Biz artıq yanımızda olan və bizim ailəyə aid evi itirmişik", ev sahibi deyir.
Bəzi ev sahibləri və yerli hökumət qum təpələri səbəbilə məhv olmuş evlərin vergiyə cəlb edilməməsi ilə bağlı fikir ayrılığındadırlar.
"Biz hələ də bir neçə il əvvəl qum təpələri səbəbilə itirilmiş mülkiyyət üçün vergi ödəyirik", ev sahibi deyir.
Qum təpələri insanla təbiət arasında döyüş olsa da, onlar həmçinin bütün ölkə və dünyadan olan minlərlə turisti özünə cəlb edir.