Maykl Duqlas tam nikbinliklə və səmimi olaraq xərçəng xəstəliyindən sağaldığını açıqlayıb. “The Today Show” verilişində o dilindəki şişin yox olduğunu, lakin tam əmin olmaq üçün hər ay tibbi yoxlamadan keçməli olduğunu bildirib.
66 yaşlı xoşbəxt ata üçün bu, gözəl xəbərdir. O, şüa və kimya terapiyası aldığına görə son ayları çıxmaq şərti ilə, həmişə qızı Karizi özü məktəbə aparır.
Müalicə dövründə Duqlas 14 kilo arıqlayıb, lakin sonra 9 kilo kökələ bilib. Amma o, çəkisini daha 10 kilo artırmaq istədiyini deyib.
İtaətkar Maykl həyat yoldaşı Kətrin Zeta-Cons, ailəsi, dostları və pərəstişkarlarının sevgisindən bəhs edib. Maykl Daqlas “Hisslər daha da dərinəşir. Mən xərçəng xəstəliyindən sağalmış başqa insanlarla bu barədə danışmışam – bu baş verəndə həyatda nəyin mühüm olduğunu anlayırsan və səni sevən insanları dəyərləndirirsən.”
Maykl Duqlas - Xərçəng xəstəliyi:
Maylk Duqlas Deyvid Lettermənin şousunda: