Bir il sürən “Hackerazzi Əməliyyatı” adlı federal axtarış əməliyyatlarından sonra Hollivud ulduzlarının email hesabına daxil olan şəxs aşkar edilib.
ABŞ-ın federal rəsmiləri 35 yaşlı Florida ştatının sakinini Kristofer Çenini həbsə aldıqlarını elan ediblər.
Çeninin Kristina Aqulera, Skarlet Cohanson, Mila Kunis və başqa 50 ulduzun email hesabını açdığı deyilir. Cinayətlərdən birinə Skarlet Cohansonun çılpaq şəkillərini onun email poçtundan oğurlamaq daxildir. Bütün ittihamlar təsdiq edilsə Çeni 120 ildən çox həbs cəzası ala bilər.