Şahzadə Viliamla Kətrin Midltonun toyuna artıq bir neçə gün qalır. Aprel ayının 29-na nəzərdə tutulmuş toy mərasiminə dünya boyu milyardlarla insanın tamaşa edəcəyi gözlənilir. Bu mərasimi kral ailəsi haqda xəbərləri izləyən insanlar çoxdan gözləyirdi. Ötən ilin noyabr ayında şahzadə Viliam və Kətrin Midlton kameralar qarşısına çıxaraq nişanlandıqlarını elan etmişlər.
Kətrin Midlton:`Biz uzun müddət görüşürdük və biz gələcəyimiz haqda danşırdıq. Ona görə də bizim belə bir ciddi qərər verdiyimiz çox təbii bir haldır.`
Kral cütlüyünün münasibətlərinin tarixi on il keçmişə, şahzadənin 2001-ci ildə Şotland şəhiri Sant Andrevs universitetində oxumağa başladığı vaxta gedib çıxır. Burada mətbuatdan uzaq yerdə o, tələbə yoldaşı Keyt Midiltonla tanış olur. Müşahidəçilər bu an Amur oxunun yaydan çıxaraq Viliamın ürəyinə sancıldığını deyirlər. Viliam Keyti moda şousunda şəffaf paltarda görür. Deyilənə görə o an Vili dostuna pıçıltı ilə Keytin çox cazibədar olduğunu deyir. Onlar dost olurlar və başqa tələbələr ilə bərabər bir evdə qalırlar. Onların dəqiq nə zaman görüşməyə başladıqları məlum deyil. Lakin yerli kafenin sahibi Linda Cuninqamın dediyinə görə, Viliam gələcək nişanlısının qəlbini kofedə ovsunlayıb. Kafenin sahibi bunu hiss etdiyini deyir.
Linda Cuninqam: `Keyt və Viliam ayrı- ayrı hərəsi öz dostları ilə buraya gəlirdilər. Onlar bərabər oturmurdular. Amma sonra biz nəinsə baş verdiyini hiss etdik.`
Universiteti bitirdikdən sonra onlar dünya mətbuatının qarşısına çıxdılar. Münasibətlər 2007-ci ildə zirvəyə çatanda Viliam bir neçə aylığa münasibətlri pozur. Viliam Keyti anasının üzləşdiyi mətbuat araşdırmalarından qorumağa qərar verir. Kral vəkilləri fotoqrafçıların onlara çox yaxınlaşmamaqlarına dair xəbərdarlıq edir. Cütlük sonradan barışır.
2010-cu ilin oktyabr ayının 20-də Viliam Kenyada istirahətdə ikən anasının nişan üzüyü ilə Keytə evlənmək təklif edir. Keyt çox az insana qismət olan dünyaya daxil olmaq üzrədir. Keytin ən böyük narahtlığı şahzadə Dayana ilə müqaisə edilməsi olacaq. 20 yaşında Şahzadə Çarlislə evlənən Dayana ölkə və dünyanın böyük rəğbətini qazanmışdı.