Accessibility links

Meydan TV-nin müxbiri prokurorluğa çağırılıb


Sevinc Vaqifqızı (Foto Meydan TV-nin səhifəsindən götürülüb)
Sevinc Vaqifqızı (Foto Meydan TV-nin səhifəsindən götürülüb)

Sentyabrın 1-də jurnalist Sevinc Vaqifqızı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Jurnalisti müstəntiq Ramiz Alıverdiyev dindirib.

Bu barədə Meydan TV-yə danışan S.Vaqifqızı bildirib ki, ona verilən suallar avqustun 20-də Mingəçevir şəhərində baş vermiş hadisələrlə bağlı olsa da, sonradan sualların məcrası dəyişib.

"Əvvəl sual etdilər ki, Mingəçevirə nə vaxt getmisən, həmin kadrları kim yayımlayıb, güya bunlar istintaq sirri sayılır. Mən cavab verdim ki, artıq şəhərə daxil olanda hadisələr sakitləşmişdi. Bundan sonra suallar Meydan tv haqqında oldu, rəhbərlik kimdir, qeydiyyat varmı, ümumiyyətlə, ordakı fəaliyyətim nə ilə bağlıdır, deyə sual edirdilər. Belə olanda suallara cavabı dayandırdım və "siz məni Mingəçevir, yoxsa Meydan TV ilə bağlı ifadə verməyə çağırmısınız", sualını verdim. Və mən ifadə verməkdən imtina etdim. Müstəntiq Ramiz Alıverdiyev Mingəçevirdə baş verən hadisə ilə bağlı çağırıldığımı bildirdi. Müstəntiqə dedim ki, saat 15-də həmkarım Xədicə İsmayılın məhkəməsinə getməliyəm, bu barədə sizə əvvəldən xəbər vermişdim. Müstəntiq Sənan Paşayevi çağırdılar ki, ifadəsini bitirmir, o da bunun mümkünsüz olduğunu deyib davam etdirilməsini istədi. Hətta məni Xədicə İsmayılla həbsxanada görüşdürəcəyini də dedi, cavab verdim ki, bilirəm necə görüşdürəcəksiniz. Bu görüşdən yalnız şad olaram. Bildirdi ki, yox, məktub verəcək, yalnız o şəkildə görüşəcəksiniz".

Müstəntiqin sualları Meydan TV ilə bağlı davam edib.

Baş Prokurorluq hələ jurnalistin hansı səbəbədən dindirilməsi ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG