Fevralın 23-nə keçən gecə Berlində Meydan TV İnternet resursun ofisinə hücum olub. Naməlum şəxslər televiziyanın ofisinin pəncərəsini kərpiclə sındırıblar, qapılara ziyan vurublar. Bu barədə Meydan TV-nin saytı məlumat yayıb.
Polis baş verənlərlə bağlı araşdırma aparır.
Meydan TV-nin rəhbəri Emin Milli bunun planlaşdırılmış aksiya olduğunu istisna etmir. Qeyd edək ki, bu İnternet resurs Azərbaycan hakimiyyətinin siyasətini kəskin tənqid edir.