Accessibility links

Metyu Brayza: Bu görüş həm gərginliyi deeskalasiya etmək, həm də sülh razılığı üzərində işləmək üçün bir fürsətdir


Metyu Brayza: Bu görüş həm gərginliyi deeskalasiya etmək, həm də sülh razılığı üzərində işləmək üçün bir fürsətdir
please wait

No media source currently available

0:00 0:07:40 0:00

Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində üçtərəfli görüş keçirilib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Amerikanın Səsinə müsahibəsində liderlər arasındakı görüşü şərh edib. O həmçinin iki ölkə arasındakı barışıq prosesindəki növbəti addımlar və ABŞ-ın bu prosesdəki rolunu müzakirə edib.

Amerikanın Səsi: Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin ev sahibliyi ilə görüş keçirir. Sizcə bu görüşün əhəmiyyəti nədir?

Metyu Brayza: Ötən həftə, noyabrın 16-da baş verən ciddi qarşıdurma fonunda bu görüş çox vacibdir. İki liderin Prezident Putinin sədrliyi altında bir araya gəlməsi çox mühümdür, çünki həm Azərbaycan həm də Ermənistanda hücumu digər tərəfin təhrik etdiyinə dair şayiələri nəzərə aldıqda, belə görünür ki, iki ölkə ölümcül zorakılıqlara doğru gedə bilərdi. Ona görə də, belə görünür ki, Prezident Putin “siz bir il öncə 44 gün müharibə etdiniz, və indi döyüşləri kim başlatdısa, artıq bir araya gəlib, noyabrın 9-10-da əldə olunan atəşkəs bəyanatını bərpa edib, ona əməl etmək vaxtıdır,” deyir.

Məncə bunu da vurğulamaq lazımdır ki, döyüşlərdən bir gün sonra, yəni 17-də Prezident Putin iki liderdən yalnız birinə, baş nazir Nikol Paşinyana zəng etdi. Mən bunun nə ifadə etdiyini bilmirəm. Məncə bunu Putinin Paşinyana “problemlə sizinkilər səbəb olur” demək üçün zəng etdiyini kimi şərh etmək olar. Ya da bəlkə bunu “mən hirsliyəm və Prezident Əliyevə zəng etməyəcəm, mən Nikol Paşinyanın tərəfindəyəm” kimi də görmək olar. Amma məncə böyük ehtimalla birincisi doğrudur. Yəni indi bu, münsaibətləri təkcə gərginliyin azaldılması baxımından deeskalasiya etmək deyil, həm də Azərbaycanla Ermənistan arasındakı beynəlxalq sərhədin demarkasiyasına doğru irələmək, bundan sonra da sülh razılığı üzərində işləmək üçün bir fürsətdir ki, bu da vaxt ala bilər. Bununla yanaşı nəqliyyat əlaqələrinin bərpası var ki, bundan Azərbayacan və Türkiyə ilə yanaşı Ermənistan da faydalana və bununla da sərmayə cəlb edə və iqtisadi artıma təkan verə bilər.

Yəni bu görüşdən çox nəticə çıxa bilər. Məsələn yanvarda, səhv etmirəmsə, yanvarın 11-də əldə olunan razılığa geri dönmək mümkün ola bilər. Həmin razılıq nəticəsində nəqliyyat əlaqələrin bərpasından faydalanaraq konret layihələr inkişaf etdirmək məqsədilə Ermənistan, Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinlərinin səviyyəsində komissiya yaradılmışdı.

Amerikanın Səsi: Qarabağ müharibəsi ümumilikdə Cənubi Qafqazdakı siyasi mənzərəni necə dəyişib?

Metyu Brayza: Aydındır ki, Azərbaycanla Ermənistan arasında müharibəyə son qoyuldu. Yəni bu daha nə qədər davam edə bilərdi ki? Azərbaycanın ərazi bütövlyünü bərpa oldu, Ermənistan beynəlxalq qanunlara əməl etmiş oldu. Ermənistanın, bayaq dediyim kimi, fürstədən istifadə edərək tranzit ələqələri bərpa edib, Ermənistana sərmayə cəlb etməklə özünü regional iqtisadiyyata inteqrasiya etmək imkanı var.

Biz bilirik ki, Paşinyana qarşı olan siyasi müxalifət noyabrın 9-10 imzalanan atəşkəs bəyanatını Ermənistanın uğrusuzluğu kimi təsvir etməyə çalışıb, amma açığı Paşinyanı Amerika Erməni Milli Komitəsi və Qarabağ klanı kimi tanınan keçmiş Qarabağ qrupu müharibə başlatmağa, daha sonra da atəşkəsə razılaşmamağa təhrik etdi ki, əslində bunun nəticəsi indikindən daha yaxşı olardı. Yəni Ermənistan üçün geosiyasi nəticələr ondan ibarətdir ki, Qarabağın hüquqi statusunu dəyişmək ehtimalı, ən azından hələlik, ortadan qalxıb. Bu da böyük geosiyasi dəyişiklikdir.

Biz müharibədən öncə də, 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində hücumlardan və ya zorakılıqlardan sonra Fransa və ABŞ-ın vasitəçilikdən geri çəkildiyi zaman güc vakuumun yaradıldığını gördük, çünki Minsk Qrupunun Ermənistan-Azərbaycan sərhədində mandatı yoxdur. Bu vakuumu da Rusiya və Türkiyə doldurdu. Ona görə də Rusiya və Türkiyə indi Azərbaycan və Ermənistanda əsas oyunçulara çevriliblər. Digər geosiyasi dəyişkliklər odur ki, hazırda regionda iki minə yaxın rus sülhməramlısı var, amma onlara da müəyyən mənada Ağdamda birgə monitorinq mərkəzindəki türk sülhməramlıları nəzarət edir. Amma hər halda onlar NATO-nun gözü və qulaqlarıdır. Bu böyük geosiyasi dəyişiklikdir. Yəni Azərbaycanda təkcə Rusiyanın hərbi mövcudluğu yox, Türkiyənin qismində NATO-nun da hərbi mövcudluğu var.

Nəhayət biz düşünürük ki, biz nəqliyyat əlaqələrinin bərpası və ümid edirəm ki, Orta Asiaya qədər uzanan daha böyük Şərq-Qərb ticarəti kimi geosiyasi dəyişikliklər görəcəyik ki, buna Türkmənistandan təbii qazın ticarəti daxil olacaq. Bu həmçinin Türkiyə və Avropanın sərmayesi ilə mütəşəkkil sənaye zonarlarının yaranmasına gətirib çıxara və qlobal iqtisadiyyatın oradakı iştirakını artıra bilər. Amma burada aydın olmayan bir məsələ bütün bunların İran üçün nə anlam ifadə etdiyidir. Bu özü elə başqa bir mövzudur ki, bu, Azərbaycanla gərgniliklərə daha sonra isə İran-Azərbaycan ələqələrinin bərpasına dair cəhdlərə gətirib çıxardı.

Amerikanın Səsi: Sizcə ilki ölkə arasındakı barışıq prosesində növbəti addımlar nə olacaq?

Metyu Brayza: Məncə elə bugünkü görüş. Görək nə olacaq. Bayaq dediyim kimi, aydındır ki, növbəti spesifik addımlar Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin demarkasiyası və daha sonra bərpa olunan nəqliyyat yollarından faydalanan layihələrlə bağlı razılıqlar əldə etmək və ya onları tətbiq etmək və daha sonra slüh razılığı ilə bağlı anlaşmaya əldə etmək olacaq. Bir də bundan öncəki cavabımda qeyd etmədim ki, Gürcüstan da hazırda Cənubi Qafqazdan keçən nəqliyyat yollarında çox mühüm rol oynadığını üçün, bu rolu itirməkdən qorxur. Amma məncə Gürcüstandan keçmək üçün də çoxlu tələbat olacaq və Gürcüstan, Ermənistan, Azərbaycan və Türkiyə nəqliyyat sahəsində əməkdaşlıq etdiyi təqdirdə belə, çox razı qalacaq.

Amerikanın Səsi: ABŞ-ın bu prosesdə və Azərbaycanla Ermənistan arasında sülh quruculuğu səylərində rolu nə olacaq?

Metyu Brayza: Minsk Qrupu. Əgər Minsk Qrupu yekun sülh razılığının vasitəçisi olsa, o zaman ABŞ rol oynacaq. Amma ABŞ, mənim vəzifədəki dövrümdən bəri Cənubi Qafqazdan geri çəkilib. Prezident Obama Rusiya ilə münasibətləri yeniləmək siyasətinə başlayandan bəri ABŞ əvvəlki qədər və ya olmalı olduğu qədər aktiv olmayıb. Gürcüstanda və bəlkə də Minsk Qrupunu çıxmaq şərtilə. 2001-ci ilin aprelində Buş administrasiyasının əvvəlində Ki Vestdəki görüşdən və oradakı təşəbbüs iflasa uğrayandan sonra Corc W. Buşun Ağ Evdə ev sahibliyi etdiyi Ermənistan prezidenti Koçaryan və ozamankı prezidenti Heydər Əliyevin iştirakı ilə görüş keçirilmişdi. Yəni o zaman prezident səviyyəsində bir müdaxilə var idi.

İndi ABŞ prezdentinin ozamankı kimi cəlb olunması gözlənilən deyil. Hətta Prezident Baraka Obama da 2009-cu ilin yayında cəlb olunmağa istəkli idi. Amma o zaman mən ABŞ səfirinin Praqadakı iqamətgahında görüşə ev sahibliyi etmişdim və mən həmin zaman irəliləyiş əldə edəcəyimizi düşünürdüm, amma Ermənistan tərəfi geri çəkildi. Əgər o zaman, bizim ümid etdiyimiz kimi, prisipcə bir razılaşma olsa idi, Prezident Obama cəlb oluna bilərdi. Ancaq mən bu gün Prezident Baydenin müdaxilə etmək ehtimalını görmürəm. Uzun zamandır ki, ABŞ prezidentləri Qafqaza cəlb olunmur və Prezident Baydenin hazırda çox sayda başqa prioritetləri var.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG