“Bir neçə həftə əvvəl Amnesty İnternational təşkilatının nümayəndələri ilə görüşüm olub. Onlar öz hesabatlarında əsaslı analizə və araşdırmalara əsaslanır”. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın Səsi radiosunun Amnesty İnternational təşkilatının Azərbaycanda 17 fəalı “vicdan məhbusu” tanıması ilə bağlı sualının cavabında bildirib.
“Amnesty İnternational, mənim hökumətim də daxil olmaqla, beynəlxalq təşkilatlarla, ən əsası isə Azərbaycan hökuməti və vətəndaşları arasında dialoqun yaradılmasında mühüm rol oynayır”, - deyə o qeyd edib.