Accessibility links

Mətbuat İcmalı: Dünya mediasından münaqişəyə hərbi və iqtisadi baxış


Amerikanın Səsi dünya mətbuatının Dağlıq Qarabağ münaqişəsi barədə yazdıqlarına nəzər salır

Aprelin 1-dən başlayaraq Dağlıq Qarabağdakı cəbhə bölgəsində baş qaldıran intensiv qarşıdurmalara dünya mətbuatı geniş yer verməkdədir. Amerikanın Səsi ABŞ və dünya mətbuatının hadisələr haqda yazdıqlarından xülasəni təqdim edir.

Nüfuzlu The New York Times yazır ki, 4 gün davam edən qarşıdurma ilə bağlı atəşkəsin əldə olunması ən azı indilik geniş-miqyaslı müharibə başlaması təhlükəsinin qarşısını alıb. “Çərşənbə axşamı Qarabağdakı ordunun Azərbaycan tərəfinin tanklarla hücum etməsini və mərmi atdığını deməsinə baxmayaraq atəşkəsə əməl olunduğu bildirilir”New York Times yazır.

Azərbaycan Müdafiə Nazirliyinə istinad olunan məqalədə deyilir ki, ortaq razılıq prinsipləri əsasında Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.

“Kremlin açıqladığı bəyanatda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan prezidenti Serj Sarkisyana zəng edərək tərəfləri atəşkəsə tam əmək etməyə çağırdığı deyilir” – qəzet yazır.

Məqalədə habelə deyilir ki, Azərbaycan ordusu son 4 gündə 16 hərbçi, qarşı tərəf isə 29 hərbçi itirib. Əlavə olaraq 101 nəfərin yaralandığı, 28 nəfərin isə itkin düşdüyü deyilir.

Qəzet beynəlxalq qurumların münaqişə ilə bağlı açıqladığı bəyanatlara da yer verib. “Bu atəşkəs müvəqqətidir” – deyə qəzet erməni əsgərlərdən birinə istinad edib.

“Azərbaycanın hərbi qabiliyyətini bu qədər gücləndirməsinə baxmayaraq, onların dağlıq regionda gerləşən erməni müdafiə səddini asanlıqla aşacağı mümkün deyil”.
Stratfor

Mərkəzi ABŞ-da yerləşən Stratfor qlobal kəşfiyyat nəşri “Azərbaycan və Ermənistan strategiyalarını nəzərdən keçirir” adlı məqaləsində atəşkəsin əldə olunmasına baxmayaraq kiçik pozuntuların hələ də qeydə alındığını bildirir. Məqədə çox guman ki, Azərbaycanın daha geniş müharibəyə yol aça biləcək Rusiya müdaxiləsindən qaçmaq istəməsi qeyd olunur. Nəşr habelə döyüş meydanının coğrafiyasının da hərbi əməliyyatların məhdudlaşdırılmasına kömək etdiyini bildirib.

Stratfor
Stratfor

“Son 20 ildə tərəflər ordularını ciddi şəkildə müasirləşdiriblər. Xüsusilə Azərbaycan müdafiə büdcəsini artırmaq üçün ixrac edilən enerji mənbələrinin gəlirlərindən kütləvi şəkildə istifadə edib. Ancaq Azərbaycanın atəş qabiliyyətini bu qədər gücləndirməsinə baxmayaraq, onların dağlıq regionda yerləşən erməni müdafiə səddini asanlıqla aşacağı mümkün deyil” - Stratforun dərc etdiyi təhlil yazısında deyilir.

Məqalədə hazırlıqlı müdafiəyə və ya düşmən təchizatına və yardım konvoylarına qarşı havadan dəstəyin mühüm vasitə ola biləcəyi yazılır. Azərbaycanın regionun hava məkanında yüksəkliklər üçün böyük hava qüvvələrindən istifadə etməsinə baxmayaraq erməni tərəfinin quruda yerləşən böyük havadan müdafiəsi Azərbaycanın əməliyyatlara havadan dəstək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

“Nəticədə Azərbaycan döyüşlər zamanı aşağıdan uçan vertolyotlara və pilotsuz ərazi dronlarına etibar etməlidir. Azərbaycan aviasiya ilə bəzi uğura nail olsa da, bu, baha başa gəlib. Video görüntülər təsdiq edir ki, Azərbaycanın bir neçə dronu ya itkin düşüb, ya da vurulub” – Stratfor yazır.

“Onların son döyüşlərdən nəticə çıxarması çox vacibdir. Çünki atəşkəs çox davam etməyə bilər. Azərbaycan Dağlıq Qarabağda ordusundan istifadənin yollarını axtardığı bir vaxt atəşkəs pozuntuları tez-tez intensivləşə bilər”
Stratfor

Atəşkəsin əldə olunması ilə hər iki tərəfin qələbə əldə etdiyini vurğulayan kəşfiyyat nəşri müharibə dumanının hələ də Dağlıq Qarabağın üzərindən çəkilmədiyini yazır. “Onların son döyüşlərdən nəticə çıxarması çox vacibdir. Çünki atəşkəs çox davam etməyə bilər. Azərbaycan Dağlıq Qarabağda ordusundan istifadənin yollarını axtardığı bir vaxt atəşkəs pozuntuları tez-tez intensivləşə bilər” – yazan Stratfor bildirir ki, tərəflər strategiyalarını nəzərdən keçirdiyi bir vaxt onların gəldiyi nəticələrin qarşıdakı döyüşlərə şübhəsiz təsiri olacaq.

Azerbaijan vs Armenia - (c) Bloomberg
Azerbaijan vs Armenia - (c) Bloomberg

Bloomberg xəbər portalı münaqişənin iqtisadi tərəflərinə nəzər salıb. Eyni adlı telekanala məxsus vebsayt Azərbaycan rəsmilərinə istinadən yazır ki, neft gəlirləri ilə zənginləşən Azərbaycan son 10 ildə hərbi xərclərini ən azı 10 dəfə çoxaldaraq ötən il bu rəqəmi 4.8 milyard dollaradək artırıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun rəqəmləri əsasında qarşı tərəfin bu sahədəki rəqəminin 447 milyon dollar olduğu bildirilir. Buna baxmayaraq məqalədə Rusiyanın hərbi bazasına ev sahibliyi edən Ermənistanın Moskva ilə ortaq müdafiə paktının olduğu və Yerevanın irimiqyaslı müharibəyə dair xəbərdarlıq etdiyi qeyd olunur. Məqaladə Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnsitutunun direktoru Svante Korneldən sitat gətirilir.

“Azərbaycanın siyasəti həmişə aydın olub. Strategiya iki ölkə arasında iqtisadi, siyasi, diplomatik və hərbi balansı Ermənistanı hər hansı sülh razılığını qəbul etməyə məcbur etmək iqtidarına gətirib çıxarmaq olub” - Svante Kornel bildirib.

“Bir zamanlar Azərbaycanın ən böyük ixracatçısının Rusiya olmasına baxmayaraq, 2014-cü ildə Moskva azərbaycanlılardan cəmi 626 milyon dollarlıq yanacaq idxal edib ki, bu da yalnız İtaliyaya satılan neftdən 10 dəfə azdır. Azərbaycanın adam başına gəliri də 3 dəfə artaraq 2014-cü ildə 16,910 dollar təşkil edib. Dünya Bankının göstəricilərinə görə, Ermənistanın bu sahədə inkişafı 72 faiz təşkil edərək 8450 dollar olub”
Bloomberg

Azərbaycanın 2010-cu ildə 4 milyard dollarlıq hərbi artilleriya aldığını bildirən Bloomberq buraya 100 ədəd T90 tank və havadan müdafiə sisteminin daxil olduğunu qeyd edir. Məqalədə Azərbaycanın havelə İsraillə də yaxın müdafiə əlaqələrinin olduğunu vurğulanır. Vebsayt yazır ki, Ermənistan isə fevral ayında Rusiya ilə 200 milyon dollarlıq kredit müqaviləsi imzalayaraq silahlarını və başqa hərbi təchizatını müasirləşdirməyə çalışıb. Cəbhə bölgəsində hər iki tərəfin təxminən eyni 70 minlik qoşunun olduğunu bildirən Bloomberg hərbi təchizat baxımdan Azərbaycanın rəqibindən üstün olduğunu yazıb.

“Bir zamanlar Azərbaycanın ən böyük ixracatçısının Rusiya olmasına baxmayaraq, 2014-cü ildə Moskva azərbaycanlılardan cəmi 626 milyon dollarlıq yanacaq idxal edib ki, bu da yalnız İtaliyaya satılan neftdən 10 dəfə azdır. Azərbaycanın adambaşı gəliri də 3 dəfə artaraq 2014-cü ildə 16,910 dollar təşkil edib. Dünya Bankının göstəricilərinə görə, Ermənistanın bu sahədə inkişafı 72 faiz təşkil edərək 8,450 dollar olub” – Bloomberg yazır.

Azerbaijan vs Armenia - (c) Bloomberg
Azerbaijan vs Armenia - (c) Bloomberg

Məqalədə deyilir ki, bütün bunlara baxmayaraq neft gəlirlərinin azalması ilə Azərbaycan bu il hərbi xərclərinni 40 faizədək azaldıb.

The Wall Street Journal son günlər yaşanan atəşkəs pozuntusuna geniş yer verərək uzun illərdir təmas xəttində kiçik atəşkəs pozuntularının vaxtaşırı qeydə alındığı bildirib. Qəzet bildirib ki, ancaq son 4 gündə baş verən hadisələr 1994-cü ildən bəri ilk dəfədir qeydə alınır.

Silahlı qarşıdurma zamanı onlarla insanın həlak olduğu bildirilən məqalədə itkilərin müstəqil mənbələr tərəfindən təsdiq edilmədiyi yazılıb.

Məqalədə habelə Vaşinqton və Moskvanın yenidən atəşkəsi qorumağa çağırdığı, Türkiyənin isə Azərbaycanı tam dəstəklədiyi xatırladılır.

The Wall Street Journal yazır ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımasa da, regionun həm iqtisadi, həm də hərbi baxımdan başlıca dəstəkləyicisidir.

XS
SM
MD
LG