Accessibility links

Mərkəzi Bank faizləri dəyişməz saxladı [Video]


Mərkəzi Bank faizləri dəyişməz saxladı
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Mərkəzi Bank faizləri dəyişməz saxladı

Son aylarda baş verən təbii fəlakətlərə baxmayaraq, ABŞ iqtisadiyyatı öz sabitliyini qoruyub-saxlaya bilib. Federal Ehtiyyatın sədri Canet Yellen deyir ki, şirkətlərin işəalmaları artıb, ev və təsərrüfat xərcləri çoxalıb, biznes investisiyaları isə genişlənməyə davam edir.

Yellen həmçinin onu da əlavə edib ki, iqtisadiyyatın inkişafına mane olan əngəllər uzun müddət davam etməyəcək. Federal Ehtiyyat gələn aydan etibarən faiz dərəcələrini yüksəltmək əvəzinə, 2008 maliyyə böhranından bəri əldə etdiyi külli miqdarda ehtiyat fondu istiqrazlarının və qiymətli kağızlarının tədricən satışına başlayacaq. Onlayn iş axtarma saytı olan indeed.com saytının təhliçisi Tara Sinkleyr deyir ki, bunun baş verməsi gələcəkdə yüksək faiz dərəcələrinə yol aça bilər.

ABŞ iqtisadiyyatının bərpa olunmasına baxmayaraq infilyasiya dərəcəsinin dəyişməməsi bəzi ekspertlərdə suallar yaratması ilə yanaşı Canet Yellenin fəaliyyət müddəti başa catdıqdan sonra Mərkəzi Banka kimin rəhbərlik edəcəyi çoxlarına maraqlıdır.

Əgər Yellen olmayacaqsa kim olacaq? Bu vəzifə üçün tez-tez adı hallanan şəxs Ağ Evin iqtisadi müşaviri Qari Kondur. Əgər Qari Kon sədrlik vəzifəsinə təyin olunarsa bu əvvəlki Mərkəzi Bank sədrliyinə təyin olunanlardan fərqli seçim olacaq.

Ceanet Yellenin müddətinin başa çatdığı fevral ayında Federal Ehtiyatın 7 nəfərlik idarə heyyətində 4 yerin boşalacağı gözlənilir. Federal Ehtiyatların ilk qadın rəhbəri, 71 yaşlı Yellen isə ikinci dəfə bu vəzifəni qəbul edib-etməyəcəyi ilə bağlı heç bir məlumat verməyib.

XS
SM
MD
LG