Accessibility links

Merkeli partiya lideri olaraq yaxın müttəfiqi əvəz edəcək


Anneqret Kramp-Karrenbauer və Angela Merkel
Anneqret Kramp-Karrenbauer və Angela Merkel

Almaniya kansleri Angela Merkeli vəzifə müddəti bitəndən sonra ölkənin mərkəz-sağçı Xristian Demokrat İttifaqının lideri olaraq əvəz etməyə onun yaxın müttəfiqi seçilib.

Hazırda partiyanın baş katibi vəzifəsində çalışan Anneqret Kramp-Karrenabuer cümə günü partiya qurultayında Merkelin keçmiş rəqibi Fridrix Merzə 517-482 səs fərqi ilə qalib gəlib.

Merz Xristian Demokrat İttifaqını daha da sağa çəkmək istəyirdi.

Üçüncü namizəd, Merkelin 2015-ci ildə 1 milyondan çox qaçqının Almaniyada sığınacaq əldə etməsinə icazə vermək qərarını tənqid edən səhiyyə naziri Yens Span səsvermənin birinci raundunda uduzub.

Anneqret Kramp Karrenbauer
Anneqret Kramp Karrenbauer

56 yaşlı mötədil Kramp-Karrenbauerin qələbəsi partiyanın kəskin dəyişikliklərə deyil, sabitliyinə üstünlük verdiyinə işarə edib.

Kramp-Karrenbauer indi sağ və ya sola keçən seçiciləri geri almağa çalışır.

Onun qələbəsi həmçinin 18 il partiyanın lideri olaraq xidmət göstərəndən sonra istefaya gedən Merkelin irsi üçün lazım olan bir qələbə idi.

Qurultayda vida nitqi ilə çıxış edən Merkel öz işçilərinə təşəkkürünü bildirib və deyib ki, partiya "heç vaxt bir insandan ibarət deyil, bütün üzvlərdən ibarətdir".

Merkel digər partiya üzvlərinə xatıraldıb ki, təcrübə çətinliklərlə üzləşdiklərində onların nə qədər güc və momentum toplaya bildiiyini göstərib.

Yarım saat davam edən çıxışı zamanı o bir neçə dəfə ayaq üstü alqışlarla qarşılanıb. Bəzi nümayəndələr "Təşəkkürlər, bos" yazısı yazılan plakatlar səergiləyib.

Merkel oktyabr ayında partiyanın sədri olaraq yenidən namizədliyini irəli sürməyəcəyini elan etmişdi, amma 2021-ci ildə bitən vəzifə müddətinədək kansler olaraq qalmağı planlaşdırırdı. Lakin, mümkündür ki, seçkilər ondan öncə keçirilsin.

64 yaşlı Merkel bir sıra rəy sorğuları liberal qaçqın siyasəti nəticəsində onun populyarlığının azaldığını göstərəndən sonra istefaya gedir.

Merkel 2005-ci ildən bəri Almaniyaya rəhbərlik edir.

XS
SM
MD
LG