Qarlı, şaxtalı hava şəraitinə baxmayaraq, müxalifət partiya və hərəkat fəalları yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin (1918-1920-ci illər) abidəsi önündə anım tədbiri keçiriblər. Aksiya Bakının yaxınlığında Novxanı qəsəbəsində keçirilib və Rəsulzadənin anadan olmasının 133-cü ildönümünə həsr olunub.
Aksiya iştirakçıları M.Ə Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə azadlıq!” sözləri yazılmış şüarlar tutublar.
Aksiya iştirakçıları M.Ə Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə azadlıq!” sözləri yazılmış şüarlar tutublar.