Accessibility links

Yeni Hollivud Filmləri: “Men in Black 3”(video)


Aktyorlar Vill Smit və Tomi Li Consun çəkildiyi “Men in Black” filminin üçüncü hissəsi bu günlər ekranlara çıxıb.

Film Yer Kürəsində başqa planetdən gəlmiş varlıqlarla mübarizə aparan gizli agentlik haqda komediya janrında 15 il əvvəl yazılmış kitab əsasında çəkilib.

Birinci filmdə Tomi Li Cons kobud və qəzəbli agent K obrazını yaradır. O, Vil Smitin obrazını yaratdığı Nyu York polis departamentinin xəfiyyəsi agent J – i işə götürür. İndi bu iki agent artıq15 ildir fərqli kəhkaşanlardan gələn varlıqlarlar mübarizə aparır.

Senarini bitirmək nə qədər çətin olsa da, Smit deyir ki, Qara Geyimlilər filminin üçüncü hissəsində çəkilməyə heç tərəddüd etməyib.

Vil Smit: “Biz hamımız ikinci filmdən sonra 10 il yaşlanmışıq və indi həyatımızda bizim üçün vacib olan başqa işlər var, biz inkişaf edirik. Əvvəlki iki filmə bənzər bir film çəkmək istəyirdik, çünki komediyaya bundan əvvəl yüksək qiymət verilmişdi. Lakin biz eyni zamanda yeni filmin daha emosional olmasını istəyirdik.”

Yeni filmdə Smit, yəni agent J tarixi dəyişmək, agent K-in həyatını və Yer Kürəsini qalaktikalararası fəlakətlərdən xilas missiyası ilə 1960-cı illərə göndərilir.

Filmdə gənc agent K rolunda Coş Brolin çəkilib. Aktyorun üzərinə Tomi Li Consun heç zaman güzəştə getməyən agent K obrazına uyğun bir xarakter yaratmaq kimi vəzifə düşür. Cons agent K obrazını heç zaman müzakirə etmədiklərini deyir.

Tomi Li Cons: “Biz bu obraz haqda çox danışmırdıq. Ona görə ki, obrazı öyrənmək üçün mənimlə danışmaqdansa, onu izləyərkən daha çox şey öyrənə bilərsən.”

Buna görə də Brolin ilk iki filmə və Conun gənc aktyor kimi rolu necə ifa etməsinə dəfələrlə tamaşa edib. Məqsəd onun sadəcə imitasiya deyil, əsl obraz yarada bilməsindən ibarət idi.

Coş Brolin: “Məqsəd tamaşaçının məni izlədiyi 10 dəqiqə ərzində mənim Tominin əksini çıxarmadığımı, yəni karikatura yaratmadığımı görməsi idi. Əsas kosmetika vasitəsilə oxşarlıq deyil, obraza uyğun əsl xarakter yaratmaq idi.”

Bu kosmetik vasitələrə onu Cona bənzətmək üçün protez burun və qulaq daxil idi. Con daim onun gördüyü işləri təsdiqləyirdi.

Tomi Li Con: “Mənə elə gəlir o işinin öhdəsindən yaxşı gəldi.”

Bu dəfə də filmin rejissoru Beri Sonenfildir. Bundan əvvəlki iki filmi də o çəkib. Qara Geyimlilər filminin üçüncü hissəsində başqa planetdən gəlmiş varlıqları yaradan Oskar laureatı Rik Beyker iştirak edir.

XS
SM
MD
LG