Ötən dekabr ayında BMT-yə məxsus UNESCO təşkilatının Azərbaycanda tarın hazırlanma və ifaçılıq sənətini bəşəriyyətin qeyri maddi irsi kimi qeyd etməsi İranda bəzi musiqiçilər və musiqi dərnəklərinin etirazına səbəb oldu. İran Musiqi Evi “Tar Azərbaycan adına deyil, İran adına qeyd edilməliydi” deyə bəyanat yayaraq İran İslam Respublikasının UNESCO-dakı təmsilçiliyindən məsələyə rəsmi şəkildə müdaxilə etməyi tələb etdi. Təbrizli musiqiçi Məmməd Ənsarı mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verib.
Məhməd Ənsari iranlı musiqiçilərin etirazlarının sənət və mədəniyyət çərçivəsində deyil, daha çox siyasət və millətçilik zəmnində baş qaldırdığına inanır. Cənab Ənsarinin dediklərinə görə, ifa, tutma tərzi, sazın şəkli və simlərinin sayında fərqli olan Azərbaycan tarı və fars tarının iki fərqli musiqi alətləri kimi qiymətləndirmək mümkündür. O, əlavə edir ki, İran özü çoxmillətli bir ölkədir və İranın Azərbaycan şəhərlərində də tar Azərbaycan Respublikasındakı kimi ifa edilir. Cənab Ənsəri bu xüsusda İranda azərbaycanlı tar ifaçılarından məşhur “Ayrılıq” əsərinin müəllifi Əli Səlimi, Mahmud Şatiriyan və İran hakimiyəti tərəfindən musiqi məktəbi bağlanan Həsən Dəmirçinin adlarını çəkir.
İran mediasının yazdığına əsasən İran Musiqi Evi-nin sədri Daryuş Pirniyakan Azərbaycan tarı adında bir şeyin mövcüd olmadığını deyib. Onun sözlərinə görə, 160-70 il öncə Mirzə Əli Şirazı adında İranlı bir musiqiçi tar və kamançanı Şuşa şəhərinə aparıb və orada şagirdləri yetiştirərək tarları xalqa tanıtdırıb. Məmməd Ənsari bu növ açıqlamaları “bəsit hekayətlər” kimi dəyərləndirib.
Cənab Ənsari Azərbaycan və başqa Türklərin tarixində tar və əsasən mizrablı çalğının tarixinin qədim olduğunu deyərək, 13-cü əsrdə yaşamış Urmiyəli Səfiəddin və ondan bir əsr sonra musiqiçi Marağalı Əbdülqadir və həmçinin Farabinin yaradcılığını qeyd edib.
Rahatlıqla deyə bilərik ki, tarın inkişafında türklərin, türk şahlarının və türklərin şah olduğu dövrlərin böyük əməyi var.