Avstraliya rəsmilərinin verdiyi məlumata görə, ötən il alış-veriş mərkəzində avtomobili insanların üzərinə sürərək, altı nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olan hadisəyə görə məsuliyyət daşıyan şəxs çərşənbə axşamı Ali Məhkəmə tərəfindən təqsirli bilinib.
Melburn Ali Məhkəməsinin hakimlərinə 28 yaşlı Ceyms Qarqasoulası qəsdən altı nəfəri öldürmək də daxil olmaqla 27 ittiham üzrə təqsirli bilməsi üçün bir saatdan az vaxt lazım olub.
Hakimlərin müşavirəsindən əvvəl hakim Mark Veynberq bildirib ki, hadisə baş verərkən onun psixi vəziyyətindəki aqressivlik narkotiklərlə bağlı olduğu üçün Ceyms mental pozğunluğa görə günahsız olduğunu iddia edə bilməyib.
Qarqasoulasa yanvar atında hökm oxunacaq.