Accessibility links

Melania Tramp plagiatlıq ittihamları ilə üzləşir [Video]


ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində keçirilən Respublikaçıların Milli Qurultayının ilk günündə çıxış edən ehtimali namizəd Donald Trampın həyat yoldaşı nitqindən dərhal sonra plagiatlıq ittihamları ilə üzləşib.

46 yaşlı Melania noyabradək onları çətin mübarizənin gözlədiyini, ağır və asan anlarının olacağını, ancaq Trampla davam edən yolun əyləncəsiz olmayacağını bildirib.

Bəzi ekspertlər “O, sizin üçün işləyəcək” – deyən xanım Trampın çıxışında Mişel Obamanın 2008-ci ildəki çıxışı ilə bir çox oxşarlıqlarını olduğunu da nəzərə çatdırıb.

Sosial mediada yayılan məlumatlarda və bəzi jurnalistlərin araşdırmasına görə, Melanianın nitqinin xüsusilə bir paraqrafı xanım Obamanın 2008-ci ildə Denver şəhərində Demokratların Milli Qurultayındakı çıxışı ilə demək olar ki, sözbəsöz eynidir.

“Gənc yaşlarımdan valideynlərim mənə “həyatda istədiyimə nail olmaq üçün çox işləməliyəm” dəyərini aşılayıblar. Sizin sözləriniz sizi əks etdirir və dediyinizi etməli və sözlərinizi tutmalısınız. İnsanlara hörməylə yanaşmalısınız” – deyə xanım Tramp qurultayın ilk günü bildirib.

Mişel Obama isə 2008-ci ildə demişdi: "Barak və mən çoxlu oxşar dəyərlərlə böyümüşük – bunlardan biri “həyatda istədiyinə nail olmaq üçün çox işləməkdir. Sizin sözləriniz sizi əks etdirir və dediyinizi etməli və sözlərinizi tutmalısınız. İnsanlara hörməylə və ləyaqətlə yanaşmalısınız”.

Bu gün səhər açıqlama yayan Tramp kampaniyası plagiatlıq ittihamlarını rədd edib. Bəyanatda deyilir

"Gözəl çıxışının mətninin yazılışı zamanı Melanianın yazarlar komandası onun ilhamlandığı dəyərlərdən qeydlər götürüb və bəzi məqamlarda isə onun özünün birbaşa düşüncəsini qələmə alıb. Melanianın mühacir təcrübəsi və Amerika sevgisi çıxışda aydın şəkildə əks olunub. Nitq çox uğurlu oldu".

Trampın məsləhətçisi Pol Manafort CNN-ə bildirib ki, Melanianın Mişel Obamanı təkrar etdiyini düşünmək axmaqlıqdır.

XS
SM
MD
LG