Accessibility links

Məlahət Həsənova: Dünyaya gəlməmiş uşağın cinsinin müəyyən edilməsi inzibati xəta kimi qəbul olunmalıdır [Audio-Müsahibə]


Oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. Bəzi demoqraflar bunu mədəniyyətlə əlaqələndirir.

Millət vəkili Məlahət Həsənova Amerikanın Səsi ilə söhbətdə öz düşüncələrini paylaşıb.

please wait

No media source currently available

0:00 0:15:08 0:00

O bildirib ki, bunu təkcə Azərbaycanla əlaqələndirmək olmaz. Millət vəkili dünyanın Çin kimi iqtisadi baxımdan inkişaf etmiş bir sıra ölkələrində də demoqrafik disbalansın mövcud olduğunu önə çəkib.

Azərbaycanda bu tendensiyanın son 5 ildə müşahidə edildiyini bildirən Məlahət xanım ailə planlaşdırılması haqda dövlət proqramları, qanunlara, dövlətin demoqrafik təhlükəsizlik siyasinə baxmayaraq, əhali arasında ciddi maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb.

Səhiyyə qanunvericiliyində bəzi ciddi dəyişikliklər aparıldığını deyən millət vəkili xüsusi tibbi göstəriş olmasa, uşağın cinsiyyətinin müəyyən edilməsinin qadağan edildiyini bildirib. Lakin o, Azərbaycanda hələ də uşağın cinsinə böyük maraq olduğunu deyib.

Parlament üzvü bildirib ki, bu, oğlan uşağına üstünlük verilərək, bu, qız uşaqlarına qarşı diskriminasiya deyil. O, bunun köhnə adət-ənənə kimi qaldığını deyib.

Məlahət Həsənova dünyaya gəlməmiş uşağın cinsinin müəyyən edilməsinin inzibati xəta kimi qəbul olunmasının vacibliyini vurğulayıb.

Xristian cəmiyyətlərində Məhəmməd, Əhməd və ya Fatma adı görərsinizmi?

“Regionda islam radikalizminin artdığı bir vaxt əhalisinin əskəriyyəti müsəlman olan Azərbaycanda kişilərin sayının artması aqressiya kimi patologiyaların artımına yola aça bilərmi?” sualına Məlahət Həsənov kəskin şəkildə “bu fikirlə razı deyiləm” deyərək cavab verib.

O bildirib ki, Xocalı soyğırımı, 20 yanvar kimi faciələrlə üzləşən Azərbaycanda heç bir vaxt xristian radikalizmi sözü işlənməyib.

“İslam əxlaqında belə bir yanaşma yoxdur. Ən geridə qalmış müsəlman dövlətlərində Davud, İsa, Musa kimi yəhudi və xristian adları qoyulur. Lakin xristian cəmiyyətlərində Məhəmməd, Əhməd və ya Fatma adı görərsinizmi?”

Məlahət Həsənova Azərbaycanda qadın fəallığının, qadın deputatların sayının artıdığını deyərək, cəmiyyətdə çox aktiv, tanınmış qadınlar olduğunu, son zamanlar dünya təfəkkürlü gənc qızların formalaşdığını bildirib.

XS
SM
MD
LG