Accessibility links

Meksikanın miqrantların saxlanma mərkəzindən mindən çox insan qaçıb


Meksikanın cənub bölgəsi rəsmiləri çümə axşamı nəzarət altında olan azı 1300 miqrantın cəzaçəkmə mərkəzindən qaçdığını bildirib.

Milli Miqrasiya İnstitutunun bəyanatında deyilir ki, miqrasiya mərkəzindən genişmiqyaslı icazəsiz çıxış olub.

Mərkəzdən qaçanların çoxu kubalılardır.

Bəyanatda mərkəzdən qaçanların çoxunun kubalılar olduğu deyilir.

Milli Miqrasiya İnstitutu təqribən 700 miqrantın könüllü olaraq Çiapas ştatındakı Tapaçula mərkəzinə geri döndüklərini, 600 nəfərin isə hələ də azadlıqda olduqlarını bildirib.

Cəzaçəkmə mərkəzinə minə qədər insanın yerləşdiyi deyilsə də, miqrantlar orada bəzən 3000-ə qədər insanın saxlandığını deyir.

Mərkəzi Amerikadan minlərlə mühacir hər il ABŞ-a daxil olmaq üçün Meksika-ABŞ sərhəd zonasına axışır.
Mərkəzi Amerikadan minlərlə mühacir hər il ABŞ-a daxil olmaq üçün Meksika-ABŞ sərhəd zonasına axışır.

Mərkəzdə saxlanan miqrantların əksəriyyəti Birləmiş Ştatlara daxil olmaq istəyənlərdir.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Meksikanın qanunsuz miqrant axınının qarşısının alınması yolunda daha ciddi addımlar atmadığı təqdirdə ABŞ-Meksika sərhədini bağlamaqla hədələyib.

XS
SM
MD
LG