Accessibility links

Meksikada yük maşını qəzasında azı 54 miqrant ölüb


Cümə axşamı Meksikanın cənubunda yük maşınının aşması nəticəsində əksəriyyəti Mərkəzi Amerikadan olan miqrantlardan ibarət qrupun azı 54 nəfəri ölüb. Onlar yük maşınında ABŞ sərhədinə çatmaq üçün yola düşüblərmiş.

Çiapas mülki müdafiə agentliyinin rəhbəri Luis Manuel Qarsiya bildirib ki, qəza yük maşınının Çiapas ştatının Tuxtla Qutierrez şəhəri yaxınlığında kəskin döngəyə girməyə çalışması nəticəsində baş verib.

Meksika Baş Prokurorluğu də ölənlərin sayının 54 olduğunu bildirib. Çiapas mülki müdafiə agentliyi xəbər verir ki, ölənlər arasında kişilər, qadınlar və uşaqlar var.

Reuters agentliyinin yayımladığı görüntülərində ağ qoşqunun şossedə yan üstə çevrildiyini, bəzi insanların tibbi yardım üçün yerə səpələndiyini görmək olur.

Hadisədən sonra sosial şəbəkələrdə yayımlanan videoda qucağında uşağı tutan qadının ağlaması əks olunub.

Prezident Andres Manuel Lopez Obrador Twitter səhifəsində bu "çox ağrılı" hadisədən kədərləndiyini bildirib.

Rəsmilərin verdiyi məlumata görə, qəza nəticəsində həmçinin onlarla insan yaralanıb ki, onlar da bölgədəki xəstəxanalara yerləşdirilib.

Mərkəzi Amerikada yoxsulluqdan və zorakılıqdan qaçan miqrantlar adətən ABŞ sərhədinə çatmaq üçün Meksikadan keçərək və bəzən qaçaqmalçılar tərəfindən təşkil edilən iri yük maşınlarıda son dərəcə təhlükəli yola çıxırlar.

“Bu bizə göstərir ki, qeyri-qanuni miqrasiya heç də yaxşı yol deyil” deyə Qvatemala prezident administrasiyasının sözçüsü Kevin Lopez bildirib. O hadisə nəticəsdində neçə qvatemalalının qurban olduğunu bilmədiyini deyib.

El Salvadorun xarici işlər naziri Alexandra Hill də hökumətinin salvadorluların ölüb-ölmədiyini yoxlamaq üçün hərəkətə keçdiyini bildirib.

Meksikanın milli miqrasiya institutu sağ qalanlara yaşayış və humanitar vizalar təklif edəcəyini, Çiapas qubernatoru Rutilio Eskandon isə qəzaya görə cavabdeh olanların məsuliyyətə cəlb olunacağını bildirib.

XS
SM
MD
LG