Meksika rəsmiləri ölkənin şimalındakı gizli kütləvi qəbirdən daha 30 cəsəd aşkar ediblər.
Rəsmilər deyir ki, cəsədlər Duranqo şəhəri yaxınlığında tapılıb. Qeyd edək ki, bu yaxınlarda Meksika rəsmiləri ABŞ-la sərhəd Tamaulipas ştatında içərisində 126 cəsəd olan kütləvi məzar aşkar etmişdilər. Hüquq-mühafizə orqanları qətllərə görə Zetas narkotik qaçaqmalçı dəstəsinin 17 üzvünü nəzarət altına alıblar. 16 vilayət polisi isə qatilləri mühafizə etməkdə ittiham olunur.