Accessibility links

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 61-ə çatıb


Şənbə günü Meksikada baş vermiş zəlzələnin xilasetmə işləri davam edir. Zəlzələ nəticəsində ölənlərin sayı 61 çıxıb.

Oaksaka şəhərinin rəsmiləri ölənlərin sayının artacağını təxmin edir.

Cümə günü Meksika prezidenti Enrike Pena Nieto bu zəlzələnin 1985 ildə minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən daha güclü olduğu deyib. Cümə günü televiziyada yayımlanan çıxışında o, üç günlük milli matəm elan edib və hökümətin bərpa işlərinə yardım edəcəyinə söz verib.

“Bu zəlzələ viranedici idi, amma Meksikanın cavabı möhtəşəm olacaq”, deyə Pena Nieto bildirib.

8,2 bal gücündə zəlzələ cümə axşamı Meksikanın cənubunda, Tonala şəhərindən 100 kilometr uzaqlıqda Sakit Okean sahilində baş verib. Meksika prezidenti deyib ki, bu, son 100 ildə Meksikada baş verən ən güclü zəlzələ idi.

Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzinin verdiyi məlumata görə, zəlzələ 1 metr yüksəkliyində sunamiyə səbəb olub, amma sunaminin hər hansı təhlükə yaradacağı bildirilmirdi.

Zəlzə Meksiko və Qvatemala şəhərlərinə hiss olunub. Meksika paytaxtının sakinləri binaların çökəcəyindən qorxaraq, küçələrə qaçıb.

XS
SM
MD
LG