Accessibility links

Meksikada neft şirkətinin işçiləri yanacaq oğurluğuna görə həbs edilib


A geyser of gasoline spews from a state-owned pipeline at a field in Tlajomulco, Mexico, Oct. 30, 2013.
A geyser of gasoline spews from a state-owned pipeline at a field in Tlajomulco, Mexico, Oct. 30, 2013.
Meksika rəsmiləri bildirir ki, oğruların neft boru xəttini deşməsi nəticəsində yanacaq bir neçə kilometr ərazini əhatə edən əraziyə dağılıb. Minlərlə insan ərazidən evakuasiya edilib.

Pemeks neft şirkətinin rəsmiləri xəbər verirlər ki, Quadalahara qəsəbəsinin yaxınlığında baş vermiş hadisədə zərər çəkən olmayıb.

Rəsmilər fövqəladə vəziyyət işçilərinin qəzanın qarşısını aldığını bildiriblər.

Pemeks neft şirkəti yanacaq kəmərlərinin qeyri-qanuni deşilməsinin gedərək artan problem olduğunu və böyük maliyyə itkilərinə səbəb olduğunu deyib.

Şirkət həmçinin bildirib ki, onlarla işçi və podratçı Quadalahara yaxınlığında yanacaq oğurluğunda şüphəli şəxs kimi həbs olunub.
XS
SM
MD
LG