Accessibility links

Meksika körfəzinə yayılmış neft ABŞ-ın cənub sahillərindəki adalara çatıb


Meksika körfəzində iki həftə öncə partlayış zamanı batmış neft platformasından yayılan neft ABŞ-ın cənub sahillərində heyvanların yaşadıqları ərazilərə çatmaqdadır.

Meksika körfəzində iki həftə öncə partlayış zamanı batmış neft platformasından yayılan neft ABŞ-ın cənub sahillərində heyvanların yaşadıqları ərazilərə çatmaqdadır. İşçilər isə neftin sahilə çatmasının qarşısını almada çətinlik çəkirlər.

Cümə günü BP şirkətinin mühəndisləri neft platformasından gündə 100 min litrə yaxın axan neftin qarşısını almaq üçün inşa olunmuş böyük konteyneri suyun dibinə endirməyə davam edirlər.

BP rəsmiləri qeyd edir ki, gələn həftə konteyner nefti inşa olunmuş qurğular vasitəsi ilə körfəzdəki qayıqlara ötürməyə hazır olacaq.

Çərşənbə axşamı neft Luiziana ştatının cənub sahillərindəki adalara çataraq yabanı əraziləri də örtməyə başlayıb.

ABŞ daxili işlər katibi Ken Salazar çərşənbə axşamı müxbirlərə bildirib ki, neft sızmasına dair mayın 28-nə nəzərdə tutulmuş federal təhqiqat bitməyənədək yeni ABŞ ofşor neft çıxarmalarına icazə verilməyəcək. Cənab Salazar qeyd edib ki, BP şirkəti və onun şərikləri bir sıra mühüm səhvlərə yol verib və buna görə də şirkətin taleyi sual altındadır.

XS
SM
MD
LG