Meksikanın yeni seçilmiş prezidenti Andres Manuel Lopez Obrador ölkəsinin ABŞ sərhədi boyu tikilməsi planlaşdırılan divarla hədələnməyəcəyini vəd edib.
Lopez Obrador deyib ki, heç kim Meksikanı sərhədin bağlanması və ya hərbiləşməsi ilə hədələyə bilməz.
ABŞ prezidenti Donald Tramp Meksikada keçən il qeydə alınmış rekord sayda ölüm hallarını vurğulayıb və bunun Birləşmiş Ştatların daha təhlükəsiz sərhədə ehtiyac duyması səbəblərindən biri olduğunu deyib.
ABŞ dövlət katibi Mayk Pompeo Lopez Obrador ilə görüşməsinə baxmayaraq, sərhəd boyu tikilməsi planlaşdırılan divar haqqında müzakirə aparılmayıb. Trampın yeni seçilmiş Meksika prezidenti yazışmalarında da bu barədə qeyd olmayıb.