Accessibility links

Baş redaktorun məhkəməsində zərərçəkmişlər ifadə verib


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə bugünki məhkəmə prosesində Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərli zərərçəkmiş qismində ifadə verib.
Vüqar Səfərli ifadəsində bildirib ki, müttəhimə heç bir iradı yox idi. Onlar arasında mübahisə 2009-cu ilin avqustunda, Əvəz Zeynallının təqdim etdiyi layihə Fond tərəfindən dəstəklənmədikdən sonra başlayıb.
“Biz onunla görüşdük və sakit bir tərzdə söhbət etdik. Ona izah etdim ki, bu, son imkan deyil və o, gələcəkdə də öz layihələrini təqdim edə bilər”, - deyə bildirib.
Onun sözlərinə görə, məhz bu hadisədən sonra “Xural” qəzetində müntəzəm olaraq Səfərliyə və Fonda qarşı yönəlmiş materiallar işıq üzü görməyə başlayıb. “Mən jurnalistlərin həbsinin tərəfdarı deyiləm və Zeynallını barmaqlıqlar arxasında görmək istəməzdim, onun ünvanıma yer verdiyi təhqirə və böhtana görə üzr istəyəcəyinə ümid edirdim, lakin bu, baş vermədi”, deyə Səfərli qeyd edib.
Onun sözlərinə görə, Zeynallıya qarşı iddia qaldırmasına onun ünvanına “mətbuat qəssabı” və “şərəfsiz” kimi təhqiramiz ifadələr səbəb olub. Nərimanov rayon məhkəməsi Səfərlinin xeyrinə qərar çıxararaq, müttəhimin üzrxahlıq dərc etməsi və 5 min manat cərimə ödəməsi haqqında qərar çıxarıb.
Öz növbəsində, Əvəz Zeynallı Səfərliyə çox sayda sual verib və ifşaedici nitqlə çıxış edib. Xüsusən, Zeynallı bildirib ki, məhz Səfərli müttəhimlər kürsüsündə əyləşməlidir və o, Əli Həsənovla birlikdə məhkəmə və insanlar qarşısında cavab verməli olacaq. Vüqar Səfərli ifadə verərkən zalda müğənni Nüşabə Ələsgərli və müttəhimin doğmaları arasında qalmaqal baş verib. Müğənni senzuradankənar sözlərlə təhqir olunub, amma o da cavabsız qalmayıb.
Sonradan müğənni ifadə verərək, “Xural” redaktoru ilə münaqişəsinin tarixçəsi barədə danışıb. O bildirib ki, “Xural” qəzetindən ona zəng ediblər və redaksiyada ifşaedici fotoşəkilləri olduğunu bildiriblər. Ona görüşüb bu məsələni müzakirə etməyi təklif ediblər.
Ələsgərli ifadə verərkən Əvəz Zeynallı müğənniyə zəng etmədiyini, redaksiyada heç kimə belə bir tapşırıq vermədiyini deyib. Bundan başqa, onun məqalələrində müğənninin ünvanına konkret təhqir olmayıb. Məhkəmə onun Zeynallıya qarşı qaldırdığı iddianı təmin edib. O, üzr istənilməsini və 200 manat cərimə istəyib.
“Mən jurnalisti maddi cəhətdən cəzalandırmaq məqsədi güdmürdüm, amma onun üzr istəməsi mənim üçün vacib idi”, - deyə müğənni dəfələrlə təkrar edib.
Turan Agentliyinin məlumatına görə, üçüncü zərərçəkmiş - Ağabəy Əsgərov növbəti dəfə məhkəməyə gəlmədiyi üçün növbəti iclası 27 iyun saat 14.00-a təyin etmək və Əsgərovun üzərinə prosesə gəlmək öhdəliyi qoymaq qərara alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG