Accessibility links

Məhsa Mehdili: İranda qadınlar etnik, dini və cinsəl azlıqlarla eyni taleyi yaşayır [Audio]


Mehsa Mehdili
Mehsa Mehdili

Salmaslı milli fəal Amerikanın Səsi ilə müsahibədə İranda qadınların durumundan danışıb


Salmaslı milli fəal Məhsa Mehdilinin fikrincə, İranda bir qadının nazir təyin edilməsinin ölkədə qadın hüquqları sahəsində durumun yaxşılaşmasına təsiri yoxdur. Keçmiş tələbə fəal Amerikanın Səsi ilə müsahibədə İranda qadınların prezidentliyə namizəd ola bilməməsi, prezidentliyə namizədlərinin qadın hüquqları ilə bağlı verdiyi sözlər və İranda qadınların nazir təyin edilməsi kimi mövzuları müzakirə edib.

Mehsa Mehdili ilə müsahibə
please wait

No media source currently available

0:00 0:20:02 0:00
Direct link


İran İslam Respublikasının konstitusiyasının 115-ci maddəsinə əsasən, İran prezidenti “İran əsilli İran vətəndaşı, idarəçi və tədbirli, yaxşı bir keçmişə, təqva və etibara sahib olan, İran İslam Respublikası və rəsmi məzhəbinin əsaslarını mənimsəmiş və inanmış, bir siyasi və dindar rical arasından seçilər.”

Xanım Mehdilinin sözlərinə görə, bəzilərinin 115-ci maddədə işlədilmiş ərəbcə “rical” sözünü “şəxsiyyət”, digərlərinin isə onu “kişi” mənasında qəbul etməsi İran parlamentində mübahisələrə yol açmışdı. Ancaq nəticədə Nəzarət Şurası sadəcə kişilərin prezidentliyə namizəd ola biləcəklərini bildirərək bu müzakirələrə son verib.

“Qadınlar və şiə məzhəbli olmayanların prezidentliyə namizəd olmasını qadağan edərək, İran konstitusiyası ayrı-seçkilik və ötəkiləşdirməyə rəsmi şəkildə legitimlik verir. Bu şəkildə ölkənin yarıdan çox potensialını yox saymaq cəmiyyət içində sağalmaz yaralar törədir,”-deyə Urmiyə Universitetinin məzunu qeyd edib.

Məhsa Mehdili İran İslam Respublikasında ilk qadın nazirin prezident Əhmədinejad tərəfindən seçilməsi, eləcə də builki namizədlərin qadınlar arasından nazir təyin edəcəkləri ilə bağlı verdikləri vədlərə də münasibət bildirib: “Əhmədinejad hökümətinin sabiq Səhiyyə və Tibbi Təhsil Naziri olan Mərziyə Vəhid Dəstcirdi özü qadın olsa da, qadın haqlarına qarşı bir çox layihələr və fəaliyyətlərdə iştirak etdi. Buna görə də, sırf bir qadının nazir olması ilə heç bir şeyi dəyişmir. Qadın hüquqları əsas tutulmalıdır.”

Xanım Mehdilinin dediklərinə görə, bu gün ali təhsillə yanaşı, peyk və internet kimi vasitələr sayəsində cəmiyyətdə qadınların öz hüquqları ilə bağlı daha çox məlumat almasına gətirib çıxarıb. Buna görə də, prezidentliyə namizədlər bəzi vədlər verərək, bundan istifadə edib özlərinə səs qazanmaq istəyirlər. Ancaq onlar da qadın hüquqları ilə bağlı əsas məsələləri müzakirə etmir.
Məhsa Mehdilinin fikrincə, qadınlar İranda yaşayan qeyri-fars qruplar, dini və məzhəbi, eləcə də cinsəl azlıqlar kimi eyni taleyi yaşayır və buna son qoymaq üçün onlar birgə iş aparmalıdır.
XS
SM
MD
LG