2016-cı ildən bəri Türkiyədə fəaliyyət göstərən 'teyit'.org saytı artıq Azərbaycan dilində də yayında olacaq. İnternetdəki şübhəli məlumatları araşdıran teyit.org-un təsisçisi Mehmet Atakan Foça Amerikanın Səsinə müsahibəsində konspirasiya nəzəriyyələrinin və yanlış məlumatların yayılmasının və teyit.org-un Azərbaycan dilində istifadəyə verilməsinin arxasındakı səbəblərdən danışıb.
Amerikanın Səsi: Atakan bəy, teyit layihəsi barədə bizə məlumat verə bilərdinizmi? Teyit nədir?
Mehmet Atakan Foça: Biz 2016-cı ilin oktyabr ayında teyit-in Türkiyədə yayım həyatına başladık. 2016 Türkiyə üçün çox çətin bir il idi. Çox sayda böhranın yaşandığı və bu səbəbdən də çox sayda yanlış məlumatın internetdə dolaşdığı bir il idi. Bu yanlış məlumatlarla mücadələ etmək üçün bir təşkilat, bir heyət qurmaq fikri yarandı. Beləcə 2016-cı ildə başladığımız Teyit ilə hazırda həm Türkiyədə, həm Azərbaycanda artıq internetdə hansı məlumatın doğru, hansının yanlış olduğunu istifadəçilərə çatdırırıq. Biz Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin bir parçasıyıq, onların şəffaflıq, qərəzsizlik kimi prinsiplərə riayət edərək bu işi həyata keçirik. Biz hər il Beynəlxalq Faxt Yoxlama Şəbəkəsi tərəfindən yoxlanırıq. Onlar bizim gördüyümüz işi lazımı qaydada edib-etmədiyimiz yoxlayırlar. Biz eyni zamanda sosial təşəbbüsük. Sosial təşəbbüs olaraq əldə etdiyimiz gəliri birbaşa ictimai fəaliyyəti genişləndirmək üçün istifadə edirik. Teyit hazırda 30-dan çox əməkdaşı olan, internetdə yanlış məlumatları müəyyən edən, saxta xəbərləri araşdıran bir fakt yoxlama platformasıdır.
Amerikanın Səsi: Teyit-i Azərbaycanda yaratma fikri necə yarandı sizdə?
Mehmet Atakan Foça: Biz Teyit olaraq 2018-ci ildən bəri Facebook-un üçüncü tərəf fakt yoxlama proqramının tərəfdaşı olaraq Türkiyədə Facebook platformasındakı saxta xəbərləri müəyyən etməyə çalışırıq. Bu əməkdaşlıq bizim Facebook-da müəyyən etdiyimiz saxta xəbərlərin Facebook tərəfindən insanların qarşısnıa çıxmasınını, bu xəbərlərə çıxışın azaldılması ilə nəticələnir. Bu bizim üçün çox yaxşı əməkdaşlıqdır, çünki biz bunun sayəsində saxta xəbərlərin internetdə görünmə dərəcəsini azalda bilirik. Biz uzun müddətdir bu əməkdaşlığı başqa ölkələrdə də həyata keçirməklə bağlı planlar qururduq. Ancaq koronavirus dövründə bu planları sürətləndirməyin hamımız üçün çox vacib olduğuna qərar verik, çünki koronavirus qeyri-müəyyənliyin, qorxunun, narahatlığın yaratdlğı səbəblərdən dolayı yanlış məlumatın sürətli şəkildə yayılmasıına gətirib çıxardı. Bu, Türkiyəyə olduğu kimi Azərbaycana da aiddir. Facebook-la olan əməkdaşlığımızı Azərbaycanda başlatmaq planlarımızı sürətləndirdik koronavirus müddətində və artıq Facebook-la olan əməkdaşlığımızı Azərbaycanda başlatmışıq. Bizim planımız bu yanlış məlumatla mübarizəni daha çox ölkədə aparmaq, çünki bu tək bir ölkənin problemi deyil, bir çox ölkənin problemidir. Biz bunu layiqli və müvəffəq şəkildə yerinə yetirən komanda olaraq fərqli ölkələrdə aramıza yeni əməkaşları qataraq, yolumuza davam etmək istəyirik.
Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, koronovirus dövründə bir çox saxta xəbərlərin, konspirasiya nəzəriyyələrinin ortaya çıxdığının şahidi olduq. Bu konpirasiya nəzəriyyələri, saxta xəbərlər necə və nə üçün yaranır?
Mehmet Atakan Foça: Əslində xüsusilə də, koronavirus kimi böyük böhranların bizə göstərdiyi kimi, qeyri-müəyyənlik, narahatlıq, insanların bir-birilərinə yardım etməyə çalışması bizi çox düşünmədən, tənqid əzələlərimizi işə salmadan internetdə qarşımıza çıxan ilk məlumata sahiblənməyə və onu yaymağa məcbur edir. Bizim başdan bəri etməyə çalışdığımız şey istifadəçilərin tənqidi düşüncə vərdişlərini və rəqəmsal mediada oxuma-yazma qabiliyyətlərini gücləndirə bilmək. Bu gücləndirmə də xüsusilə bu cür böhran zamanlarında nəticə göstərir. Əgər bir internet istifadəçisi qarşılaşdığı məlumatdan şübhə edirsə, onun doğru olub-olmadığını araşdırmağa başlayırsa, saxta xəbərə qarşı daha çox müqavimət göstərir. Təbii ki saxta xəbərlərin yayılmasına iqtisadi, sosial, texnoloji bir çox amil səbəb olur. Amma burada diqqətə layiq ən vacib məsələ internet istifadəçilərinin və insanların ələlxüsus da böhran zamanında bir səbəb-nəticə əlaqəsi görməyə çalışmasıdır: “Nə üçün başımıza bu cür böhran gəldi? Bu hadisəyə nə səbəb ola bilər?" kimi sualların arxasında elmi məlumatlara əsaslanmayan və həqiqətə uyğun olmayan çox sayda konspirasiya nəzəriyyələri ortaya çıxır. Bunların doğru olub-olmadığı isə ona görə vacibdir ki, yanlış məlumat hər zaman yanlış qərarlara gətirib çıxarır. Xüsusilə də sağlamlığımızla əlaqəli bir məsələrə saxta dərmanlarla bağlı tövsiyyələr və ya 5G-nin koronavirusla əlaqəsi olduğunu iddia edən konspirasiya nəzəriyyələri kimi aldadıcı məlumatların hər birimizin baxımından, sosial birlik baxımından və sağlamlığımız baxımından ciddi bir problemdir.
Amerikanın Səsi: Saxta xəbərlərə inanan insanları bu xəbərlərin saxta olduğuna inandırmaq nə qədər asan və ya çətindir?
Mehmet Atakan Foça: Əslində biz hər istifadəçiyə qarşısına çıxan məlumatı təsdiqləməyə çalışmağı öyrətməkdir. Biz mümkün olduğu qədər müxtəlif əks-sədaya, müxtəlif, sosial təbəqələrə, müxtəlif dünyagörüşlərini əhatə etməyə çalışırıq. Bunu da məlumatlarımızın qərəzsizliyi və keyfiyyəti sayəsində ortaya qoymağa çalışırıq. Lakin bizim buradakı perspektivimiz hər zaman budur: Biz nəyin doğru, nəyin yanlış olduğunu göstərək, amma bir tərəfdən də internet istifadəçilərinə qarşılaşdıqları məlumatı necə təsdiq edə biləcəklərininin yolunu da göstərək. Yəni biz hər zaman təsdiq ettiyimiz məlumatları həm yayımladığımız təhlillər və sənədlərin içərisində, həm də müxtəlif vizual kartlar və videolar vasitəsilə istifadəçilərə çatdırmağa çalışırıq. Biz bu məlumatı bu yolla təsdiqlədik, bu üsllara əl atdıq, bu düşüncə tərzindən istifadə etdik deyərək bizi izləyənləri və istifadəçiləri mümkün olduğu qədər gücləndirməyə çalışırıq. Bizim təcrübəmiz onu göstərir ki, istifadəçilər saxta xəbəri necə araşdıracaqlarına, necə müəyyən edəcəklərinə dair həqiqətən də daha çox biliyə sahib olsalar, onlar daha az saxta xəbər yayırlar, onlara saxta xəbər göndərən və ya sosial media hesablarında saxta xəbər paylaşan dostlarına, ailələrinə ya Teyit-in linkini göndərirlər ya da başqa fakt yoxlama üsullarını göstərərək onlara xəbərdarlıq edirlər. Bu çox ciddi bir təsirdir. Biz hədəfi sosial təsirə malik olmaq olan bir təşkilat olaraq Türkiyədə müvəffəq olduq. Mən gündəmi, mədəniyyəti, dili bir-birinə çox yaxın olan Azərbaycanda da buna nail olacağımıza inanıram.