Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan müdafiə nazirinin sabiq müavini Mehman Səlimov 8 il azadlıdan məhrum edilib.
APA agentliyinin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses aprelin 22-də başa çatıb.
Dövlət ittihamçısı M. Səlimova 10 il həbs istəmişdi.
M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.